Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56
Rubrikalar

Korrupsiyaya qarşı mübarizə və beynəlxalq təcrübə


Səs: Real audio
Xanım Hacıyeva bildirib ki, əgər Müsavat Partiyası parlamentdə iştirak etsə, onunla münasibətlərə yenidən baxmalı olacaq Korrupsiya və rüşvətlə bağlı şikayətlər bir çox sahələrlə bağlı olsa da, biz ali məktəblərdə qış imtahan sessiyasının hələ davam etdiyini nəzərə alıb, təhsildə rüşvətə qarşı mübarizənin yollarından danışacağıq



Qış imtahan sessiyası dövründə "Rüşvətsiz təhsil" kampaniyasına başlayan "Dalğa" Gənclər Hərəkatı tələbələrdən rüşvət istəyən və ya alan 50-dək müəllimin siyahısını tərtib etsə də, Təhsil Nazirliyi bu sahədə xeyli çətinliklərlə üzləşir. "Qaynar xətt" telefonlarına edilən zənglər də nazirliyin köməyinə gəlmir.



Təhsil Nazirliyində şöbə müdiri Rəhim Ağamalıyevin dediklərindən belə məlum olur ki, nazirlik bütün imkanlarından istifadə etsə də, tələbələrdən pul alınması faktını aşkarlaya bilmir. Şagird və tələbələrdən pul alınmasıyla bağlı Təhsil Nazirliyinin Respublika Prokurorluğuna göndərdiyi şikayətlərin də heç biri təsdiqlənmir.



"Azadlıq" radiosunun müxbiri Kənan Kazımoğlu beynəlxalq təcrübədə təhsildə korrupsiyaya qarşı hansı mübarizə üsullarından istifadə olunduğuna aydınlıq gətirməyə çalışıb. O, "Transparency International" – "Beynəlxalq Şəffaflıq" təşkilatının Təhsildə Korrupsiya Proqramının meneceri Bettina Meyerlə söhbətləşib.



Bettina Meyer: "Əgər Təhsil Nazirliyinə universitetlərdə korrupsiya ilə bağlı çoxsaylı anonim şikayətlər daxil olursa, artıq bu, ciddi siqnaldır. Nazirlik bu vəziyyətdə mütləq tədbir görməli, araşdırmaya başlamalıdır. Araşdırmaya başlamaq üçün heç də kimsə kimsənin adını çəkməməlidir. İlk növbədə nazirlik müstəqil komissiya yaratmalıdır. Komissiya barəsində şikayət daxil olan müəllimlər və universitet rəhbərlərinin gəlirlərini araşdırmalıdır. Onların aldıqları maaş və hayat tərzləri arasında müqayisə aparılmalıdır. Bəzən məlum olur ki, bu adamların bahalı "Mersedes" avtomaşınları, dəbdəbəli villaları var və bunları onların rəsmi gəlirləri ilə əldə etmək mümkün deyil. Həmin şəxslərdən bütün bunlarla bağlı izahat tələb olunmalıdır. Əgər müstəqil komissiya konkret sübutlar taparsa, o zaman bu faktlar hüquq-mühafizə orqanlarına göndərilməlidir..."



"Beynəlxalq Şəffaflıq" təşkilatının nümayəndəsi daha bir neçə vasitədən istifadənin də mümkünlüyünü bildirir:



"Hər bir təhsil ocağında şikayətləri qəbul edən, onları araşdıran müstəqil komissiyalar yaradılmalıdır. Onların təsis edilməsi ilk növbədə nazirliyin məsuliyyətidir. Lakin bir şərt çox mühümdür. Korrupsiya və ya digər pozuntularla bağlı şikayətləri araşdıracaq müstəqil komissiyalar həqiqi mənada müstəqil olmalıdırlar.



Bu komissiyalar istər nazirlik, istər regional, istərsə də məktəb səviyyəsində yaradıla bilər. Lakin onlar müstəqil olmasa, siyasiləşsə, təsir altında olsa, o zaman onların etibarlığı şübhə altında olacaq...".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG