Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:48

Bir cənub şəhərində


Səs: Real audio
Xanım Hacıyeva bildirib ki, əgər Müsavat Partiyası parlamentdə iştirak etsə, onunla münasibətlərə yenidən baxmalı olacaq Lənkəranın təzə icra başçısı bazarda yenidənqurma işləri aparır



Lənkərana getdiyim maşında səs çoxluğu üzündən bütün yolu "Bivəfa" mahnısına qulaq asmalı oldum. Lənkəranın özündə isə 3 yaşında uşaqlar da bu mahnını oxuyurdu.



Lənkəran deyəndə, ağlıma ilk əvvəl ləvəngi gəlirdi. Elə Lənkərana səfərimi də istər-istəməz Ləvəngidən başladım. Amma bu ləvəngi yeməli – balığın, ya cücənin içindəki ləvəngidən deyildi. Sadəcə, bu şəhərin avtovağzalının da adı nədənsə Ləvəngi idi.



Paytaxtda işıq və qazla qızdırılan isti evini qoyub bura gələn mənim kimiləri Lənkəran ilk baxışdan çox ürküdür. Amma yavaş-yavaş yağışa da, Lənkəran əhalisinin özünəməxsus ləhcəsinə də öyrəşirsən. Bircə işıq əldə etmək üçün benzinlə işə salınan generatorların səsindən başqa.



Rəsmilərin sözlərinə görə, Lənkəran şəhərinin böyük bir hissəsi işıqla təmin olunub. 2004-cü ildə sutkada 9-10 saat işıq alan Lənkəranda artıq günün 20 saatı işıq olur.



Amma Lənkəran sakinləri heç də rəsmilər kimi düşünmürdülər. Onlar işığın az verilməsindən, onun gərginliyinin aşağı olmasından, sayğacların qurulmaması üzündən hər evdən aylıq 20 min köhnə manat işıqpulu yığılmasından narazılıq edirdilər.



Lənkərana 2005-ci ilin sonunda təyin olunan yeni icra başçısı Süleyman Mikayılov deyir ki, o, gələndən bu məsələdə irəliləyiş var. 2006-cı ildə "Regionların sosial-iqtisadi inkişafı haqqında" Dövlət Proqramına uyğun olaraq Lənkəranın həm elektriklə təminatı, həm də sayğacların quraşdırılması başa çatacaq.



Rəsmilərin məlumatına görə, 2005-ci ildən qaz verilməsi də şəhərin 80 faizində bərpa olunub. Amma qazdan da şikayətçi olanlar var idi.



İcra başçısı Süleyman Mikayılov da qazla bağlı problemi inkar etmir. Onun dediyinə görə, bu problemi həll etmək üçün iş gedir. Amma bəzi səbəblərdən şəhərin qazla təminatı ləngiyir.



Lənkəran şəhərində, elə rayonun kəndlərində də istilik üçün odundan istifadə olunur. Odun tapmaq istəyən və odun alverçiləri yolunu Hirkan və Talış meşələrindən salır. 1 kubmetri təxminən 20 min manata alınan odunla kənddə üç günü yola vermək olur. Amma dizel yanacağı, ağ neft və məişət qazının qiyməti qalxmamışdan əvvəl camaat bu yanacaqla çalışan xüsusi qızdırıcılardan da istifadə edirmiş.



Bəzi yanacaq növlərinin, əsasən də dizelin bahalaşması Lənkəranda kənd təsərrüfatıyla məşğul olanların və sürücüləri çox qıcıqlandırıb. Belə narazılara əsasən bazarda və avtovağzalda rast gəlmək olur.



Bazarda satıcılar yanacağın qiymətinin qalxmasından başqa ayrı şeylərdən də, məsələn bazarda yenidənqurma aparan təzə icra başçısından da narazılıq edirdilər.



İcra başçısı Süleyman Mikayılov isə bazardakı yenidənqurma işlərindən heç də hamının narazı olmadığı deyir. O deyir ki, bazar ətrafını təmizlədiyi üçün ona çoxlu təşəkkür edənlər də var.



Bunlar 200 minə yaxın əhalisi, 100-dək yaşayış məntəqəsi, subtropik iqlimi, məhsuldar torpağı, Qızılağac və Hirkan kimi iki qoruğu, balıq zavodları və sanatoriyaları, turizm üçün yararlı yerləri olan Lənkəran rayonunda bir gündə gördüklərim idi. Bunca sərvəti olan bir bölgənin əhalisinin məşğulluğu və başqa qayğıları haqqında gələn dəfə danışacam.

Günün bütün mövzuları

XS
SM
MD
LG