Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:32

Lalə Şövkət Hacıyeva rəsmən mandatdan imtina etdi


Səs: Real audio
Xanım Hacıyeva bildirib ki, əgər Müsavat Partiyası parlamentdə iştirak etsə, onunla münasibətlərə yenidən baxmalı olacaq Milli Birlik Hərəkatının və Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva yanvarın 17-də Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi məktub göndərərək, deputat mandatından imtina edib. Xanım Hacıyeva qərarını belə izah edib ki, 6 noyabr parlament seçkisində saxtakarlıq olub, pozuntularla bağlı MSK-ya ünvanlanmış müraciətlərə baxılmayıb, müxalifətin 26 noyabr aksiyasında isə polis dinc nümayişçilərə qarşı amansız olub: «Bizim bu parlamentdə iştirakımız onu legitim edə bilər».



Lalə Şövkət Hacıyeva bildirib ki, əgər Müsavat Partiyası parlamentdə iştirak etsə, onunla münasibətlərə yenidən baxmalı olacaq.



Müsavat Partiyasının üzvü Nəsib Nəsibli artıq MSK-dan deputat vəsiqəsini götürüb. Ancaq o və partiyadan deputat seçilmiş digər şəxslər - Arzu Səmədbəyli, İltizam Əkbərli və İkram İsrafilov parlamentə getməklə bağlı qurumun son qərarını gözlədiklərini deyirlər. «Azadlıq» seçki blokundan deputat seçilmiş Pənah Hüseyn də bildirir ki, parlamentə getmək barədə son qərar bu ayın sonu-gələn ayın əvvəlində veriləcək.



Parlament seçkisində AXCP, Müsavat və ADP-nin birləşdiyi «Azadlıq» blokundan altı nəfər deputat mandatı qazanıb. Amma blok seçkinin nəticələrini tanımasa da, parlamentə gedib-getməmək məsələsində qəti qərara gələ bilməyib. Lalə Şövkət Hacıyeva isə «Azadlıq» bloku ilə eyni mövqedə dayanan Azərbaycan Liberal Partiyasının nümayəndəsi kimi seçkiyə qatılmışdı.
XS
SM
MD
LG