Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:58

Fərhad Əliyevin səhhətindəki problemlərin davam etdiyi deyilir


Səs: Real audio
Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov: «Azərbaycanda «quş qripi» yoxdur, əgər olarsa, qarşısını almaq üçün çalışacağıq» Yanvarın 17-də vəkil Adil İsmayılov müdafiə etdiyi keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə görüşüb. Vəkil keçmiş nazirin istintaqında heç bir yenilik olmadığını, onun səhhətində problemlərin qaldığını deyir. Fərhad Əliyev dövlət çevrilişinə cəhdi maliyyələşdirməkdə ittiham olunur.



Sabiq nazirin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri İradə Cavadova isə deyir ki, cənab Əliyevlə görüşmək üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət etsələr də, qurum bu işin onun səlahiyyətində olmadığını bildriib. Komitə Baş Prokurorluğa müraciət göndərib, ancaq hələ ki, cavab almayıb.



Komitə Fərhad Əliyevin işilə bağlı Qırmızı Xaç Təşkilatına, ATƏT-in Bakıdakı Ofisinə, Norveç, Böyük Britaniya və Almaniya səfirliklərinə müraciət hazırlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG