Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:00

Dünya Bankı «quş qripi»lə mübarizə üçün Azərbaycana 50 min dollar ayırıb<p align=`left`><br><br>


Səs: Real audio
Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov: «Azərbaycanda «quş qripi» yoxdur, əgər olarsa, qarşısını almaq üçün çalışacağıq» Dünya Bankı «quş qripi» virusu ilə mübarizə üçün Azərbaycana 50 min dollar ayırıb. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi İsmayıl Həsənovun verdiyi məlumata görə, bu vəsaitə xüsusi geyimlər, dezinfeksiya maddələri, diaqnostika vasitələri alınacaq: «Azərbaycanda «quş qripi» yoxdur, əgər olarsa, qarşısını almaq üçün çalışacağıq».



Cənab Həsənov bildirir ki, köçəri quşların mart ayına qədər Azərbaycana gəlişi təhlükə yaradır. «Təhlükə var ki, həmin quşlar vasitəsilə «quş qripi» gəlsin» - deyə, o, vurğulayır.



«Quş qripi» ilə effektiv mübarizə məqsədilə artıq bir neçə aydır quşçuluq fabrikləri qapalı rejimdə işləyir. Dəvəçi Quşçuluq Fabrikinin direktoru Zakir Əzimov deyir ki, son aylar satış azalıb: «Məhsul satışı azalıb, baytarlıq tədbirlərini birə-beş aparırq».



İri quşçuluq fabriklərindən fərqli olaraq, şəxsi təsərrüfatlara diqqət elə də böyük deyil. DBX fərdi evlərdə quşları qapalı yerdə saxlamağı tövsiyə edib. Həyətində toyuq saxlayanlar isə arxayınçılıq üçün quşların müayinədən keçirilməsini istəyirlər. DBX-nin rəis müavini Emin Şahbazov isə deyir ki, bunu əhali özü etməlidir.



DBX «quş qripi» ilə bağlı əhalinin suallarına cavab vermək üçün «qaynar xətt» də açıb: 418-68-35 və 418-68-36 saylı telefonlar səhər saat 9.00-dan axşam 21:00-a qədər işləyəcək.



Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycanda quşçuluq fabriklərində 20 milyon, şəxsi təsərrüfatlarda isə bu rəqəmdən də artıq quş var.



Avqust ayında ov quşlarının, ötən həftəsonu isə diri quşların satışına qadağa qoyulub. Yanvarın 17-də köçəri quşlar arasında səkkizinci monitorinqə başlanılıb.
XS
SM
MD
LG