Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

Polis üç gün gücləndirilmiş rejimdə çalışacaq


Səs: Real audio
Gənclər, İdman və Turizm Nazirliyi aksiya ilə bağlı bəyanat verdi «Yanvarın 20-dən başlayaraq üç gün ərzində ölkənin bütün rayon və şəhərlərində polis gücləndirilmiş iş rejimində çalışacaq» - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov belə deyir. Onun sözlərinə görə, bu, 1990-cı ilin 20 yanvar hadisələrinin 16-cı ildönümüylə əlaqədardır.



Yanvarın 20-də yalnız metronun «20 Yanvar» stansiyasında gediş haqqı Bakı vaxtı ilə səhər saat 9-dan gecə 23-ə qədər pulsuz olacaq. Əvvəlki illərdə bu qayda günün birinci yarısına qədər bütün metrostansiyalarda tətbiq olunurdu. Metropoliten rəsmiləri bu dəyişikliyi maddi problemlərin çoxluğu ilə əlaqələndirir.



Həmin gün həmçinin Bakı - Sumqayıt və Bakı - Abşeron kəndləri istiqamətində işləyən elektrik qatarlarından sərnişinlər pulsuz istifadə edə biləcəklər. Bu haqda Dövlət Dəmir Yol İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nadir Əziməmmədov məlumat verdi.



Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsindən «AzərTAc»a verilən məlumatda isə bildirilir ki, 20 yanvar hadisələrinin ildönümü ilə bağlı bir sıra Avropa ölkələrində və nüfuzlu beynəlxalq təşkilatların ofisləri qarşısında dinc etiraz aksiyaları təşkil olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG