Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:29

<i>«525-ci qəzet»</i>: «Ermənistan Gürcüstanı Qars-Axalkalaki layihəsindən çəkindirməyə çalışır»


Səs: Real audio
Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko «yanacağın qiymətinin iki dəfə artması, yalnız qurumun hökumətə tövsiyəsi idi» - deyir «Yeni Azərbaycan» qəzetindəki «Neftin bir barelinin qiyməti 80 dolları ötə bilər» başlıqlı məqalədə bildirilir ki, İrana qarşı iqtisadi embarqo tətbiq olunarsa, Neft İxrac edən Ölkələr Təşkilatı - OPEK qiymətləri artırmağa çalışacaq. Məqalə müəllifi yazır ki, dünya neft bazarında yanacağın qiymətində yenidən artım meylləri müşahidə olunmağa başlayıb. Qiymət artımında iqtisadi amillər nəzərə çarpmadığından, ekspertlər bahalaşmanın süni xarakter daşıdığını proqnozlaşdırır.



«525-ci qəzet»dəki «Ermənistan Gürcüstanı Qars-Axalkalaki layihəsindən çəkindirməyə çalışır» sərlövhəli məqalədə Vüqar yazır ki, Ermənistan və Gürcüstan Xarici İşlər nazirlərinin Yerevanda keçirilən görüşündən sonra bu, bir daha təsdiqlənib. Müəllifə görə, Qars-Axalkalaki dəmiryolu layihəsinin gündəmə gəlməsi Ermənistanın regional əməkdaşlıqla bağlı bütün planlarını alt-üst edib. Çünki bu layihə Yerevanın aqressiv siyasəti üzündən düşdüyü təcrid vəziyyətini daha da ağırlaşdıracaq. Müəllif yazır ki, Ermənistan tərəfinin bu layihəni əngəlləmək üçün əsas ümid yeri saydığı Gürcüstanla dialoqu da heç bir səmərə verməyib. Gürcüstan xarici işlər naziri Bejuaşvili diplomatik şəkildə həmkarına anlatmağa çalışıb ki, sözügedən dəmiryolunun gerçəkləşməsi onun ölkəsi üçün strateji əhəmiyyət kəsb edir.



«Yeni Müsavat» qəzetindəki «Müxalifət Qarabağ məsələsində İlham Əliyevə dəstək verə bilərmi?» başlıqlı məqalədə Ülkər yazır ki, münaqişənin Azərbaycanın maraqlarının ziddinə həlli təhlükəsinin real olduğuna dair həyəcanlı bəyanatlar getdikcə artır. Hətta müxalifət düşərgəsini təmsil etməyən politoloqlar belə təhlükənin çox yaxında olduğunu bildirirlər. Əksər rəylər bu arqumentə əsaslanır ki, Azərbaycandakı hakimiyyətin korrupsioner, elecə də seçkiləri saxtalaşdırması dünyanın ona təzyiq imkanlarını artırıb. Qarabağ problemi ilə bağlı da İlham Əliyev hakimiyyəti beynəlxalq təzyiqlərə açıqdır və geri çəkilməkdədir. Bu isə təbii ki, təkcə hakimiyyətin özü üçün deyil, bütünlükdə Azərbaycan üçün təhlükədir. Müəllifin «Azərbaycan müxalifəti bu təhlükəyə qarşı hakimiyyətlə eyni mövqedən çıxış etməyə hazırdırmı» sualına Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli belə cavab verib ki, iqtidar Qarabağ məsələsi ilə bağlı dəstək istəyərsə və söhbət Azərbaycanın maraqlarına xidmət edən dəstəkdən gedərsə, müxalifət buna müsbət cavab verməyə hazırdır. AXCP sədrinin müavini Fuad Mustafayevsə deyib ki, müxalifət Qarabağ məsələsindən siyasi maraqları üçün istifadə etməyəcək.
XS
SM
MD
LG