Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:48

Heykəllər Azərbaycanı təbliğ edirmi?


Səs: Real audio
Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko «yanacağın qiymətinin iki dəfə artması, yalnız qurumun hökumətə tövsiyəsi idi» - deyir Tallindəki QHT rəhbəri Yaqub Yaqubov akademik Zərifə Əliyevanın heykəlini Estoniya paytaxtında ucaltmaq üçün daha bir cəhd göstərəcəyini deyir. Avropanın Qafqaz və Türk Xalqları Assosiasiyası adlı qurumun prezidenti Yaqub Yaqubov yaxın vaxtlara aid daha bir planının olduğunu bildirir.



Bənzər təşəbbüs ötən il Tallində qalmaqala səbəb olmuşdu. Layihənin təşəbbüsçüsü – cənab Yaqubov Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin həyat yoldaşı, indiki prezident İlham Əliyevin anası – akademik Zərifə Əliyevanın Tallində heykəlini qoydurmaq üçün bələdiyyədən icazə alanda, bir çox qəzetlərdə həmin təşəbbüs tənqid olunmuşdu.



Ötən ilin dekabrında buna bənzər qalmaqal Rusiyada yaşanmışdı. Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada Heydər Əliyevin abidəsini qoymaq üçün hazırlıq işləri aparılırdı. Heykəltəraşlar Sergey Şerbakov və Natiq Əliyev heykəli yaratmağa başladılar. Amma onun qoyulması nəzərdə tutulan yerdə dekabrda etiraz mitinqi keçirildi. Mitinqi ərazi çevrəsində yaşayan Aeroport rayonu sakinləri və Qanunsuz Miqrasiyaya Qarşı Hərəkatın keçirdiyi bildirilir.



Rusiyanın bəzi siyasətçiləri, o cümlədən Dövlət Dumasının deputatı Nikolay Kuryanoviç də həmin etirazları dəstəklədi.



Heykəllər Azərbaycanı təbliğ edirmi? Dərinə gedəndə, təbliğat özü nədir? Bir sözlə, heykəl və təbliğat çağdaş dünya ilə necə uyuşur?



Söhbətdə iştirak edirlər:



– Estoniyanın Tartu Universiteti nəzdində Türk Dilləri Mərkəzinin rəhbəri Xaqani Qayıblı;



- Publisist Çingiz Sultansoy



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG