Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:40

Quş satışına qadağaya görə kompensasiya verilməyəcək


Səs: Real audio
ABŞ, Norveç Krallığı və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin və ATƏT-in Bakı Ofisinin nümayəndələri aksiyaçılara baş çəkdilər Həftəsonu Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti (DBX) diri quş satışına qadağa qoyandan sonra Bakı bazarlarının çoxunda toyuq-cücənin, bəzi yerlərdə hətta yumurtanın satışına rast gəlinmir. Uzun illərdir bazarda toyuq, mal, qoyun ətinin satışıyla məşğul olan Rza Mahmudov deyir ki, qadağadan sonra heç kim toyuq satmaq istəmir. Bunun bir səbəbi də alıcıların sayının kəskin azalmasıdır: «Bir-iki gündür qadağa qoyulub. Toyuğun nə ölüsü var, nə dirisi. Kaş elə əvvəldən yox olaydı, camaat da ət alaydı. Yumurta da yoxdur».



Qəssab Rövşən Abbasov isə deyir ki, toyuq piştaxtadan yığışdırılandan sonra ətə təlabat artıb. O, bildirir ki, bu minvalla ətin bahalaşması gözlənilir: «Mənə qoyun, mal əti gətirənlər, bir az fasilə veriblər. Toyuq olmadığı üçün qiyməti qaldırmaq istəyirlər».



Sənubər Əmirova isə bir neçə ildir rayondan Bakıya köçüb və o vaxtdan həyətində toyuq saxlayır. Qadağadan sonra bazara toyuq-cücə çıxarmır. Deyir ki, ona çox ziyan dəyir. Toyuqlarını həkimə göstərməsə də, bildirir ki, quşlar sağlamdır, istəyən elə indi də gəlib ondan toyuq da, yumurta da alır.



Neçə illərdir toyuq-cücə saxlayan Nəzakət Kərimova isə toyuqların kökünü kəsib.



İstehlakçıların Hüquqlarını Müdafiə Mərkəzinin direktoru Eyyub Hüseynov isə bildirir ki, dövlət toyuq satışı ilə məşğul olan adamlara qadağanın əvəzində kompensasiya ödəməlidir: «İstehlakçının hüququ pozulur. Bir adam toyuğu ən aşağısı 2 dollara satırdı. İndi isə deyir ki, kəs ye. Bu, düz deyil».



DBX-nin rəis müavini Emin Şahbazov isə bildirir ki, diri quşların satışına qadağaya görə, heç kimə kompensasiya ödəmək fikrində deyilər: «Biz onların toyuqlarını kəsmirik, ya da əllərindən almırıq. Kompensasiya o vaxt ödəniləcək ki, adamların toyuqları əllərindən alınacaq. Satışa qadağa qoyulması əhalini sığortalamaq üçündür. Bəlkə hansısa toyuqda xəstəlik oldu, onda nə olacaq?»



DBX-nin rəsmiləri deyirlər ki, Azərbaycanda «quş qripi» yoxdur. Ancaq bir neçə gün əvvəl Masallıda toyuq-cücənin kütləvi qırılmasından sonra Amerikanın Bakıdakı səfirliyi həmin quşların analizini Qahirəyə göndərməyi məsləhət görüb. DBX-nin rəisi İsmayıl Həsənov bildirir ki, bu heç də Bakıdakı analizlərlə bağlı hər hansı şübhənin olması demək deyil.



Masallıda quşların patoloji nümunələri bir neçə gündən sonra yoxlanmaq üçün Qahirəyə göndəriləcək.
XS
SM
MD
LG