Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:08
Rubrikalar

«Həyat səviyyəsi yüksəldikcə, sənət məhv olur»


Səs: Real audio
ABŞ, Norveç Krallığı və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin və ATƏT-in Bakı Ofisinin nümayəndələri aksiyaçılara baş çəkdilər Bu dəfə:



- "Ədəbiyyat və mədəniyyət" mövzusunun izinə düşəcək;



- Məmməd Səid Ordubadinin ev muzeyinə baş çəkəcək;



- "Mass-Media" termininin açıqlamasını yada salacaq;



- Mirzə Cəlilin «Nişanlı bir qız» atmacasını eşidəcək;



- və hər dəfə yazıçı Afaq Məsudun açıqlamalarını dinləyəcəksiniz



«ƏDƏBİYYAT VƏ MƏDƏNİYYƏT»



Bələdçimiz tanınmış yazıçı Afaq Məsuddur



- Son yazınızda «...ədəbiyyatımızı, mədəniyyətimizi adamdolu stadionda iki sevgili bir-birini itirən təki itirəcəyik» düşüncəsinə yer ayırmışsınız. Mühitə etiraz edirsiniz, cəmiyyətə, dəyişmələrə, ya nə? Bəlkə sadəcə, xiffət duyğusudur?



- Qətiyyən. Sadəcə bu, reallıqdır. Hamımız bunun şahidiyik ki, son dövrlər ölkəmizdə çox dəli bir entuziazmla hər sahədə inkişaf gedir. İş yerləri açılır, binalar tikilir, maşın bolluğu əlindən tərpənmək mümkün deyil. Və əgər şəhərimizdə bu qədər bahalı mağazalar, bahalı restoranlar, bahalı maşınlar bolluğu varsa, bu o deməkdir ki, bizdə həyat səviyyəsi artıq çox yüksəkdir.



Çox gözəl. Lakin bütün bu bolluğun, firavanlığın içində bu bir həqiqətdir ki, bizim ədəbiyyatımız və mədəniyyətimiz sıxışdırılır. Biz bunun çox şahidi olmuşuq ki, tutaq ki, Amerika və digər ölkələrdə – o yerdə ki, həyat səviyyəsi yüksəlir, o ölkədəki pul, maddi güc hegemonluq təşkil edir, orada sənət balaca bir incə çiçək kimi məhv olub gedir. Yəni sənətə artıq vaxt qalmır. İnsanlar arasında dövlətlənmək, bacardıqca çox pul əldə etmək, güclənmək yarışı gedir və istər kasıb, istər orta hədd, istərsə də dövlətli hərə öz zümrəsində bu yarışa qoşulurlar. Və bu məcrada ədəbiyyat və sənətə nəinki vaxt yoxdur, ona maraq itir. Bu, böyük bir faciədir...



Bəli, bir hər şeyi əldə edəcəyik. Biz torpaqları da qaytaracağıq, bizim həyat səviyyəmiz daha da yüksələcək... Lakin o mənəvi kasadlıq ki, artıq bu gün bizim canımıza yeriməkdədir bu, biabırçılıqdır...



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG