Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27

Gəncədə ev quşları kütləvi şəkildə tələf olur<p align=`left`><br><br>


Səs: Real audio
Gəncə Şəhər Baytarlıq İdarəsinin rəhbəri Hüseyn Abbasov Sevinc qəsəbəsində ev quşları arasında pullerioz xəstəliyinin yayıldığını deyir Gəncənin Sevinc qəsəbəsində ev quşları kütləvi şəkildə tələf olur. Qəsəbə sakinlərinin dediyinə görə, bir-iki həftə əvvəl həyətdə saxlanan quşlar ölməyə başlayıb. Əvvəlcə buna əhəmiyyət verməsələr də, sonradan bütün evlərdə saxlanan quşların xəstələndiyini görüblər.



Gəncə Şəhər Baytarlıq İdarəsinin rəhbəri Hüseyn Abbasov deyir ki, onlar hadisədən xəbər tutan kimi ölü quşları laboratoriyaya gətiriblər. Analiz nəticəsində qəsəbədəki ev quşları arasında pullerioz xəstəliyinin yayıldığı aşkarlanıb. Onun fikrincə, bu, ev quşları arasında adi xəstəlikdi və əhali üçün qorxulu deyil.



Bununla belə, Gəncədə diri, o cümlədən, kəsilmiş ev və ov quşlarının satışına qadağa qoyulub. Yalnız qapalı şəraitdə saxlanan broyler toyuqları satışa çıxarılır. Hüseyn Abbasov deyir ki, şəhərdə «quş qripi»nin yayılmasıyla bağlı hər hansı fakt qeydə alınmayıb. Gəncədə «quş qripi»ni müəyyən edən laboratoriya avadanlığının olmadığını bildirən cənab Abbasovun sözlərinə görə, onlar analiz üçün nümunələri Bakıya göndərirlər.



Bundan əvvəl Masallı rayonunda da ev quşlarının kütləvi tələfatı qeydə alınmışdı. Baytarlıq İdarəsi bu rayonda da quşların qripdən deyil, başqa xəstəlikdən öldüyünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG