Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Gənclər nazirin də xahişini nəzərə almadılar


Səs: Real audio
Aclıq aksiyasına daha bir nəfər də qoşulub 19-cu gündür qovulduqları ali məktəblərə bərpa olunmaq tələbi ilə aclıq aksiyası keçirən gənclər təhsil naziri Misir Mərdanovun da aclığı dayandırmaq xahişinə müsbət reaksiya vermədilər. Onlar ali məktəblərə bərpa olunmayana qədər aclığı davam etdirəcəklərini bildirirlər.



Yanvarın 15-də aksiya iştirakçılarına daha bir nəfər – "Yeni Fikir" Gənclər Təşkilatının üzvü Tural Xəlilov da qoşulub. Beləliklə, aksiya iştirakçıları üç nəfərdir.



Bu həftə səhhətləri kəskinləşdiyindən xəstəxanaya yerləşdirilən iki gəncin – Emin Hüseynov və Elnur Məmmədovun səhhətləri sabitləşmək üzrədir. Emin Hüseynov deyir ki, ürəyindəki problem tam aradan qalxmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG