Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 23:56

«Neftçi» Moskvada növbəti qələbəsini qazanıb


Səs: Real audio
Bakının "Neftçi" futbol klubu MDB ölkələrinin çempionlarının qatıldığı Birlik Kubokunda ikinci oyunda da qalib gəlib Yanvarın 15-də Moskvada keçirilən oyunda Neftçi Latviyanın "Metallurq" komandasını 2:1 hesabıyla məğlub edib. İki gün əvvəl "Neftçi" 3:0 hesabıyla Tacikistan çempionu "Vaxş"a da qalib gəlmişdi. Azərbaycan çempionu qrup mərhələsində son oyununu yanvarın 17-də Qazaxıstanın "Aktobe" komandasına qarşı keçirəcək.



Ötən il "Neftçi" Birlik Kubokunda ancaq finalda Moskvanın "Lokomotiv" klubuna yenilərək ikinci yeri tutmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG