Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:47

<i>İsa Qəmbər:</i> «MSK paritet əsaslarla formalaşmasa, boykot edəcəyik»


Səs: Real audio
Gənclər israrla aclığı davam etdirirlər «Panorama»nın bu şənbə qonağı Müsavat partiyasının başqanı İsa Qəmbərdir. Söhbətdə həmçinin ötən həftələrdə olduğu kimi, «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Aqşin Şahinoğlu da iştirak edir.



Bu dəfə «Panorama»da həftə ərzində baş verən bir sıra məsələlərdən bəhs olunur. İsa Qəmbər deyir ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ danışıqları ilə bağlı əsl həqiqəti xalqa bildirməlidir. Onun sözlərinə görə, hakimiyyətin 15-20 ildən sonra belə Qarabağın statusu ilə bağlı referendum keçirilməsini mümkün sayması çox təhlükəlidir. Çünki bu, Qarabağın hüquqi baxımdan itirilməsi demək olacaq.



Müsavat başqanı Mərkəzi Seçki Komissiyasının [MSK] formalaşdırılması və təkrar seçkilərlə bağlı da mövqeyini bəyan etdi. Onun sözlərinə görə, MSK-nın formalaşmasında paritetlik qorunmasa, bu qurumu boykot edəcəklər.



İsa Qəmbər həmçinin deyir ki, hakimiyyət bir ucdan qiymətləri artırmaqla həm özünün dayaqlarına, həm də əhalinin dolanışığına çox ciddi zərbələr vurur.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG