Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:27

Son iki ildə uşaq alveri ilə bağlı 23 nəfər məsuliyyətə cəlb olunub<p align=`left`><br><br>


Səs: Real audio
Gənclər israrla aclığı davam etdirirlər «Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi son iki ildə uşaq alveri lə bağlı 13 fakt aşkarlayıb. Bu faktlar üzrə 23 şəxs cinayət məsuliyyətinə cəlb olunub». Bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov yanvarın 14-də Azərbaycanın Uşaq Hüquqları Konvensiyasını yerinə yetirməsinə dair hazırlanmış hesabatın müzakirəsinə həsr olunmuş mətbuat konfransında dedi.



Alternativ hesabatın müəlliflərindən biri - Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirov isə bildirir ki, Azərbaycanda uşaq alverinin azaldığın söyləmək çətindir.



Oruc Zalovun sözlərinə görə, cinayət törədən və ya ictimai-təhlükəli əməldə iştirak edən azyaşlı və yeniyetmələrin sayı 10-dan 3 faizə enib. Əvvəllər 18 yaşına çatmayanlar il ərzində 1100 cinayət törədirdilərsə, indi bu rəqəm 500-ü ötmür.



Ədliyyə nazirinin müavini Toğrul Musayev də azyaşlılar arasında məhkumluğun azalmaq üzrə olduğunu bildirir. Onun sözlərinə görə, 2001-ci ildə 342 nəfər məhkum olunduğu halda, ötən il azyaşlı məhkumların sayı 236 nəfərə enib. Onların yalnız 45 nəfəri real cəzaya məhkum olunub.



Baş prokurorun birinci müavini Rüstəm Usubov isə bildirir ki, cinayət törətmiş azyaşlı və yeniyetmələrin yalnız 10 faizi azadlıqdan məhrum olunur, 90 faiz isə şərti cəza alır.



Mətbuat konfransında bu da deyildi ki, son zamanlar küçə uşaqlarının sayı da azalaraq 4500-ə çatıb. Daxili İşlər nazirinin müavini Oruc Zalov əslində bu rəqəmin çox olmadığı qənaətindədir.



Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirov isə Azərbaycanın uşaqlarla bağlı qəbul etdiyi proqramları yerinə yetirmədiyini bildirdi. Onun sözlərinə görə, belə olmasaydı, Azərbaycan son dörd ildə uşaq ölümünün ən çox rast gəlindiyi ölkələr sırasına düşməzdi. 2000-ci ildə Azərbaycan BMT-nin hazırladığı hesabatda 98-ci yerdə olubsa, 2005-ci ildə 48-ci sıranı tutub.



Yanvarın 19-da Cenevrədə BMT-nin İnsan Hüquqları Komissiyasının toplantısında Azərbaycanın Uşaq Hüquqları Konvensiyasını yerinə yetirməsinə dair hesabatı dinləniləcək. BMT-yə göndərilmək üçün həm hökumət, həm də qeyri-hökumət təşkilatları ayrı-ayrılıqda hesabat hazırlayıblar.



Hökumətin hesabatını səkkiz nazirlik birlikdə hazırlayıb. Prezidentin göstərişi ilə bu nazirliklərin və Baş prokurorun müavinlərindən ibarət nümayəndə heyəti yaradılıb.



Uşaq Hüquqları Konvensiyası 1989-cu ildə qəbul olunub. Azərbaycan sənədə 1991-ci ildə qoşulub. Bir sıra inkişaf etmiş ölkələr konvensiyaya hələ də qoşulmayıblar.
XS
SM
MD
LG