Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:21

Yanvarın 20-də saat 12.00-da ölkədə bir dəqiqəlik sükut olacaq


Səs: Real audio
Gənclər israrla aclığı davam etdirirlər «AzərTAc» xəbər verir ki, 20 Yanvar faciəsinin 16-cı ildönümünün keçirilməsinə dair hazırlanmış tədbirlər planına uyğun olaraq, ölkənin bütün şəhər və rayonlarında, idarə və təşkilatlarında yığıncaq və mühazirələrin, dini mərasimlərin təşkili nəzərdə tutulub.



Dünya ictimaiyyətinin diqqətini yenidən 20 Yanvar faciəsinə yönəltmək məqsədi ilə Azərbaycanın xaricdəki səfirliklərində və diplomatik nümayəndəliklərində, eləcə də Azərbaycan icmalarında müvafiq tədbirlər görüləcək.



Yanvarın 19-da ölkənin bütün tədris müəssisələrində 20 Yanvara həsr edilmiş xüsusi dərs keçiriləcək.



Yanvarın 20-də isə «Əbədi məşəl» abidəsi önünə Azərbaycan prezidenti adından əklilqoyma mərasimi, Şəhidlər Xiyabanını ümumxalq ziyarəti olacaq. Həmin gün Bakı vaxtı ilə saat 12.00-da bütün respublika ərazisində mərhumların xatrirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları veriləcək.
XS
SM
MD
LG