Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

Nyu-York muzeyində Azərbaycana aid bölmə olacaq


Səs: Real audio
Gənclər israrla aclığı davam etdirirlər «AzərTAc» xəbər verir ki, 2006-cı il ərzində Nyu-York Təbiətşünaslıq Muzeyində Azərbaycana həsr edilmiş bölmənin yaradılması reallaşacaq. Bu məqsədlə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi müvafiq tədbirlər görür.



Komitədən verilən məlumata görə, muzeydə dünyanın bütün xalqları haqqında məlumat guşəsi olduğu halda, Azərbaycana həsr olunmuş bölmə yoxdur. Hətta türklər, islam dünyası, Qafqaz xalqları və keçmiş SSRİ respublikalarının tarixini göstərən bölmələrdə də Azərbaycan haqqında məlumat yoxdur.



Komitə muzeyin rəhbərliyi ilə danışıqlar apararaq, ilkin mərhələdə Azərbaycanla bağlı müvəqqəti sərginin təşkil olunmasına razılıq alıb. Gələcəkdə həmin sərginin muzeydə daimi saxlanılması və genişləndirilməsi məsələsi müsbət həllini tapacaq. Muzeydə sərginin təşkili ölkənin tarixi və mədəniyyəti haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm addım olacaq.



Bu məsələ Mədəniyyət Nazirliyi və Azərbaycan Tarixi Muzeyi ilə müzakirə edilib, lazımı eksponatların alınması üçün razılıq əldə olunub. Hazırda Dövlət Komitəsinin əməkdaşları müvəqqəti sərginin açılışı ilə bağlı texniki işləri yekunlaşdırmaq məqsədi ilə ABŞ-da ezamiyyətdədirlər.
XS
SM
MD
LG