Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:35

<i>«Ayna»</i>: «Generalların müharibəsi»


Səs: Real audio
Gənclər israrla aclığı davam etdirirlər «Bakı-Xəbər» qəzetindəki «Sülhməramlı qüvvələrin missiyası aydınlaşır» başlıqlı məqalədə Rasim hesab edir ki, sülhməramlıların Dağlıq Qarabağ (DQ) münaqişəsi zonasına yeridilməsində Azərbaycan üçün ən narahatedici məqam onların sərhəd bölgələrdə yox, münaqişənin digər sahələrində yerləşdirilə biləcəyidir. Müəllif xatırladır ki, Azərbaycan və Ermənistan rəhbərliyi DQ münaqişəsinin Praqa prinsipləri əsasında çözülməsi üçün müəyyən razılıq əldə ediblər. Həmin prinsiplər isə problemin «mərhələli həlli»ni nəzərdə tutur. Bu variantda isə Ermənistan öz silahlı qüvvələrini Laçın istisna olmaqla Dağlıq Qarabağ ətrafında yerləşən rayonlardan çıxarır. Boşaldılmış altı rayona həmin yerlərdən köçkün düşmüş insanlar qaytarılır. Bu şəxslərlə ermənilər arasında hər hansı konfliktin baş verməməsi üçün sülhməramlı qüvvələrin burada yerləşdirilməsi mümkündür. Bu isə Dağlıq Qarabağ ərazilərinin itirilməsi deməkdir. Çünki altı rayonu azad etmək müqabilində Azərbaycanla kommunikasiya əlaqələrini bərpa edən Ermənistanın digər əraziləri danışıqlar yolu ilə geri qaytaracağını düşünmək absurddur.



«Ayna» qəzetindəki «Generalların müharibəsi» sərlövhəli məqalədə bildirilir ki, hakimiyyətdə son aylar ərzində aparılan kadr islahatları çox yaxın zamanlarda güc strukturlarına da keçəcək. Bu dəfə sözügedən islahatların əsas olaraq güc qurumlarının rəhbər işçiləri arasında aparılacağı istisna deyil. Ekspertlər kadr islahatının ilk «qurban»ının Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin olacağını düşünürlər. Müdafiə Nazirliyi ilə bağlı ən qalmaqallı faktların açıqlanması və bir çox hallarda təsdiqlənməsi belə, bu şəxsin vəzifədən uzaqlaşdırılmasına səbəb olmadı. Ekspertlərin fikrincə, bunun iki əsas səbəbi ola bilər: Ya Səfər Əbiyev ölkənin birinci şəxsi ilə həddən artıq isti münasibətlərə malikdir, ya da onun vəzifədə qalması ilə bağlı müəyyən geosiyasi güclərin maraqları mövcuddur. Qəzet belə hesab edir ki, Səfər Əbiyevin vəzifədən getməsi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov üçün «yaşıl işıq» hesab edilə bilər. Belə ki, Nəcməddin Sadıqovun Müdafiə naziri olmaq şansları getdikcə artır.



«Yeni Azərbaycan» qəzetindəki «Aydın Quliyev ADP Ali Məclisinin iclasına buraxılmayacaq» başlıqlı məqalədə Kamal xatırladır ki, yanvarın 21-də ADP Ali Məclisinin iclası keçiriləcək. İclasda bir müddət bundan əvvəl partiya sıralarından azad olunan Aydın Quliyevin də iştirak edəcəyi gözlənilir. Qəzet adını açıqlamadığı mənbəyə istinadən yazır ki, Aydın Quliyev bu işdə partiya sədri Rəsul Quliyevin icazəsini alıb. Hətta Rəsul Quliyevin müavini Sərdar Cəlaloğlunu xəbərdar etdiyi də bildirilir. Hələ də özünü ADP üzvü hesab edən Aydın Quliyevə görə isə, onu yalnız növbəti qurultay Ali Məclis üzvlüyündən azad edə bilər.
XS
SM
MD
LG