Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:44

2006-cı ildə iqtisadiyyatdan nə gözləməli?


Səs: Real audio
Gənclər israrla aclığı davam etdirirlər Beynəlxalq Valyuta Fondu deyir ki, bu il inflyasiya 10 faizi ötə bilər. Azərbaycan hökuməti deyir ki, ötməz, üstəlik, dizelin, kerosinin, solyarkanın qiymətini 100 faiz bahalandırır.



Müstəqil iqtisadçılar deyir, dizeli bahalandıranda o biri məhsullar da xeyli bahalanacaq. İqtisadi inkişaf naziri deyir, bahalanacaq, ancaq xeyli yox.



Hökumət niyə belə arxayın davranır? Çünki bu il Bakı-Ceyhan işə düşür, "Şahdəniz" qazı da dünya bazarına çıxır. Yəni 2006–cı il neftdən və qazdan külli miqdarda pulun gəlməyə başladığı ildir.



Ancaq arxayınçılığa bu, əsasdırmı? "Economist Intelligence Unit" razılaşır ki, Azərbaycan iqtisadiyyatı bu il 27 faiz artmalıdır. Ancaq proqnoz verir ki, gələn il artıq bu sürət 11 faizə düşəcək, 3 ildən sonra isə sürət lap azalacaq.



"Ekonomist Unit" deyir ki, "manat dollara və avroya nisbətən xeyli güclənəcək. Ancaq Milli Bank yəqin ki, külli miqdarda xarici valyuta axınının öhdəsindən gələ bilməyəcək". Valyuta Fondu isə birbaşa deyir ki, "holland sindromu" təhlükəsi var.



Beləliklə, 15 ildir ki, Azərbaycan öz neftini, qazını birbaşa dünya bazarına çıxarmaq istəyirdi. İndi buna nail olduğu il sınağa çevrilə bilərmi? Bu il iqtisadiyyatda nə gözlənilir?



Söhbətimizin qonaqları:



– İqtisad Universitetinin kafedra müdiri Əli Əlirzayev;



– İqtisadi Araşdırmalar Mərkəzinin eksperti Azər Mehtiyev



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG