Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:57
Rubrikalar

İsrailin iş adamları Azərbaycanın kənd təsərrüfatı ilə maraqlanırlar


Səs: Real audio
Son beş gündə Neftçalaya aramsız yağan yağış nəticəsində rayonun su basmış Bankə qəsəbəsində, Kürkənd və Mayak kəndlərində vəziyyət daha da ağırlaşıb. Rayonun Mülki Müdafiə İdarəsinin hərbi hissəsi əhalinin köməyinə gəlməli olub. Amma onların gəlişi də vəziyyəti dəyişməyib - Yanvarın 13-də səhər «Azərenerji» Səhmdar Cəmiyyətinə məxsus "Bakıhidrolayihə" Layihə Axtarış İnstitutunun bir qrup əməkdaşı institutun bağlanmasına etiraz əlaməti olaraq Sənaye və Energetika Nazirliyinin qarşısına yığışıblar.



«Azərenerji»nin vitse-prezidenti Marlen Əsgərov etiraz edənlərlə görüşüb və onlara vəd edib ki, institut ləğv edilsə də, işsiz qalmayacaqlar. «Bakıhidrolayihə»nin yerində yaradılacaq yeni institutunda onlara iş veriləcək. İşçilər isə deyirlər ki, institutun ləğvi elmə ziyan vuracaq, iqtisadi baxımdan səmərəli layihələrin yarımçıq qalmasına səbəb olacaq.



«Bakıhidrolayihə» institutunda təqribən 150 nəfər işləyir, institut energetika layihələrini hazırlayır. Bu institutla birlikdə Elmi-Tədqiqat Energetika İnstitutu da ləğv edilib, onların əvəzində Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu yaradılacaq. «Azərenerji» özü bunu struktur islahatları ilə izah edir.



- Fevralın 19-dan 21-ə qədər İsrailin iş adamları Azərbaycanda səfərdə olacaqlar. Onlar Azərbaycanın kənd təsərrüfatı sektoru ilə maraqlanırlar. Səfər çərçivəsində fevralın 20-də Bakıda, 21-də isə Qubada biznes-forum keçiriləcək. Məlumatı İsrailin Azərbaycandakı səfirliyi verib.



- Milli Bankdan verilən məlumata görə, yanvarın 13-də 1 dollar təqribən 92 qəpik, 1 avro 1 manat, 1 rus rublu isə 3 qəpik olub.
XS
SM
MD
LG