Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:09

Neftçalada əlac yağışın kəsilməsinə qalıb


Səs: Real audio
Son beş gündə Neftçalaya aramsız yağan yağış nəticəsində rayonun su basmış Bankə qəsəbəsində, Kürkənd və Mayak kəndlərində vəziyyət daha da ağırlaşıb. Rayonun Mülki Müdafiə İdarəsinin hərbi hissəsi əhalinin köməyinə gəlməli olub. Amma onların gəlişi də vəziyyəti dəyişməyib İcra hakimiyyəti başçısının müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Qabil Məmmədovun sözlərinə görə, hərbçilərin gətirdiyi altı nasosdan yalnız biri işlək haldadır.



Qabil Məmmədov deyir ki, əhalinin və özlərinin quraşdırdığı elektriklə işləyən nasoslarla suyu çəkməyə çalışsalar da, aramsız yağan yağışa görə bunun hələlik bir faydası yoxdur. Əlac yağışın kəsilməsinə qalıb.



Qrunt sularının üzə çıxdığı Bankə qəsəbəsində evlərin özülünü su yuyur və bu üzdən də evlərin əksəriyyəti təhlükəli vəziyyətə düşüb, artıq bir neçə ev uçub.



Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qabil Məmmədovun sözlərinə görə, son dörd-beş gündə onlar 300 evə baxış keçiriblər. Baxış başa çatdıqdan sonra təzminat verəcəklər. İndiyə kimi isə 125 ailəyə təzminat ayrılıb.



Bankə sakini Hilal Cəfərovsa yalnız evlərə görə yox, su və nəmlik içində yaşayan əhalinin səhhətinə görə narahatdır. Onun sözlərinə görə, yaz-yay fəsli gələndə, malyariya kimi xəstəliklər baş alacaq.



Yanvarın 14-dən Neftçalada 2 saylı məktəbdə suyun yaratdığı problemlərə görə 24 yaşınadək olanlar və orta məktəb müəllimləri tibbi baxışdan keçiriləcək, digər vətəndaşlar haqda hələlik qərar yoxdur.



Bir neçə il öncə Kürə bənd atılandan sonra yeraltı sular çaya tökülə bilmədiyindən, üzə çıxmağa başlayıb. Bu il isə rayonda yağınlıq olduğundan, həyətlər suyla dolub. Hökumət çıxış yolu kimi kanalizasiya xətti çəkməyə hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG