Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:29

Korrupsiya Əleyhinə Mübarizə Alyansı təsis olunub


Səs: Real audio
Qurum əsasən əhalini maarifləndirməklə məşğul olacaq Azərbaycanda fəaliyyət göstərən 26 qeyri-hökumət təşkilatı yanvarın 13-də Korrupsiya Əleyhinə Mübarizə Alyansı yaradıblar.



Alyansın rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, təşkilatı yaratmaqda məqsəd əhalini korrupsiyaya qarşı mübarizə istiqamətində maarifləndirmək, hökumətin diqqətini bu məsələyə yönəltmək və nəhayət, ölkədə korrupsiyanın aradan qaldırılmasına kömək etməkdir. Alyansın qapıları korrupsiyaya qarşı mübarizə aparmaq istəyən bütün qeyri-hökumət təşkilatlarının üzünə açıqdır.



Məhərrəm Zülfüqarlı deyir ki, yeni yaranan alyans hökumətlə birgə əməkdaşlığa hazırdır. Hələlik isə alyans əsasən əhalini maarifləndirməklə məşğul olacaq. Məsələn, korrupsiya ilə mübarizə üsullarına dair seminarlar keçirəcək, broşüralar paylayacaq.



"Transparency International" – Beynəlxalq Şəffaflıq Təşkilatının qiymətləndirməsinə əsasən, Azərbaycan 2005-ci ildə korrupsiya indeksinə görə, 159-cu ölkə arasında 137-ci yerdədir. Korrupsiya ilə mübarizəylə bağlı Azərbaycanda 2 illik – 2006-cı ilə qədər dövlət proqramı qəbul edilib, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, bir də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılıb. Prokurorluq yanında idarədə indiyədək korrupsiyaya dair 34 işlə bağlı 24 cinayət işi açılıb.
XS
SM
MD
LG