Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23

Britaniyalı rəqs müəllimi Bakıda ustad dərsi keçir<p align=`left`><br><br>


Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub Britaniyalı rəqs müəllimi Reyçel Krisçe Bakıda "Todes" rəqs qrupunun üzvlərinə Britaniya rəqs üslubuna dair ustad dərsi keçir. Dərsləri təşkilatçısı "British Council"dur.



Reyçel Krisçe: ""Todes" yeganə qrupdur ki, professional olaraq hər gün məşqlər edirlər. Və qrupun rəhbəri yenilik üçün açıq adamdır. Ona görə burada işləmək də bir qədər asandır. Amma bu uşaqlar, yəni rəqslə məşğul olanlar hələ tam professionallaşmayıblar. Ona görə də ən yaxşısına layiq olmaq üçün yalnız işləmək lazımdır".



Dərslərin iştirakçısı Fidan Təhmasib deyir ki, dərslər bir qədər çətin olsa da, amma maraqlıdır. "Todes"in digər üzvü Nizami Əliyev də bu yeni üslubda keçilən dərslərin maraqlı olduğunu deyir.



Məşğələlərin yekunu olaraq "Todes" qrupu yanvarın 14-də Xəzər Universitetinin Dünya teatrında rəqs şousu ilə çıxış edəcək. Reyçel Krisçenin Bakıya səfəri isə yanvarın 13-də başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG