Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:21

<i>«Gün səhər»:</i> «Mehmetciyin Azərbaycan yolçuluğu»


Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub "Yeni Azərbaycan" qəzetindəki "Sülhməramlıların bölgəyə gəlişi xarici işlər nazirlərinin görüşündə müzakirə olunmayacaq" başlıqlı məqaləsində Aqşin xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların növbəti raundu yanvarın 18-19-da Londonda keçiriləcək.



Müəllif hesab edir ki, rəsmi Bakı sülhməramlı qüvvələrin regiona yeridilməsi məsələsinin hələlik müzakirə mövzusu olmadığını söyləsə də, bu fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Müəllif bunun səbəbini daha çox təbliğatla bağlayır. Onun fikrincə, münaqişənin həll edilməsində heç də maraqlı olmayan dairələr vaxtaşırı bu tip məsələləri gündəmə gətirməklə əsas problemləri cəmiyyətin diqqətindən yayındırmaq məqsədi güdürlər.



"Üç nöqtə" qəzetindəki "Azərbaycan qadınları ayağa qalxmalı və öz sözünü deməlidir" sərlövhəli məqalədə bildirilir ki, qadın təşkilatları birləşib Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxmağa qərar verib.



Azərbaycan Naminə Hərəkatın Qadınlar Şurasının sədri Zöhrə Şahsevənli bildirib ki, pərakəndə halda fəaliyyət göstərən müxtəlif siyasi qüvvələr ölkədə köklü dəyişikliklərə nail ola bilmir. Belə bir şəraitdə ölkədə ağbirçək sözünə böyük ehtiyac duyulur. Hərəkat üzvləri hesab edir ki, belə gərgin vəziyyətdə pərakəndə düşmüş qadın təşkilatları bir mərkəzdə birləşib fəaliyyət göstərərsə, onların sözləri daha kəsərli olar.



"Gün səhər" qəzetindəki "Mehmetciyin Azərbaycan yolçuluğu" başlıqlı məqaləsində Elxan Türkiyə əsgərlərinin münaqişə bölgəsinə yerləşdirilməsi məsələsinə aydınlıq gətirməyə çalışır. Bu ay Türkiyə prezidenti Əhməd Necdət Sezər Bakıya rəsmi səfərə gələcək. Müəllifin fikrincə, bu, Türkiyə əsgərinin ATƏT sülhməramlıları çərçivəsində Dağlıq Qarabağda yerləşdirilməsi məsələsini yüksək səviyyədə müzakirə etmək üçün əlverişli məqamdır.



Müəllif hesab edir ki, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralının "silahlı qüvvələrimizin sülhməramlı birləşmələrin tərkibində bölgəyə gəlişi mümkündür" fikrini səsləndirməsinin iki mənası var. Birincisi, Ankara sülhməramlı əməliyyatda iştirak etməkdə maraqlıdır, ikincisi isə bu məsələni rəsmi Bakı ilə müzakirəyə başlamağa hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG