Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:47

Bu dəfəki qonağımız vəkil Adil İsmayılovdur


Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub Bu dəfəki qonağımız ətrafında baş verənlərə o qədər də təəccüblənməyən, hər şeyi olduğu kimi qəbul etməyi bacaran və müstəqilliyini istənilən vəzifədən üstün tutan vəkil Adil İsmayılovdur. Ancaq əlbəttə ki, deyilənlər ölkədə baş verən qalmaqallı hadisələrin mərkəzində görməyə adət etdiyimiz bu adamı tam ifadə etmir. Ona görə də kimliyini Adil İsmayılovun özündən soruşuruq



- Ölkədə həmişə bir qalmaqallı hadisə baş verəndə, səs-küylü hansısa bir proses olanda, bilərəkdənmi, bilməyərəkdənmi Adil İsmayılov da bu hadisənin mərkəzində görünür. Bunun səbəbi nədir? Yəni Adil İsmayılov kimdir?



- Mən də hərdən bir bu haqda fikirləşirəm. Yəqin əsas səbəblərdən biri odur ki, Adil İsmayılov bir az mülayim adamdır. Yəni belə dəmək mümkündürsə, hamı ilə dil tapan adamdır. Digər tərəfdən də yəqin ki, bir az təvazökarlıqdan uzaq olsa da, professional vəkildir... Vəkil həmişə reklama ehtiyacı olan peşədir. Yəni bu mənada vəkil daim diqqət mərkəzində olmalıdır. Amma mən addımlarımı təkcə ona görə atmıram ki, diqqət mərkəzində olum. Amma yəqin ki, bu da lazımdır. Amma hesab edirəm ki, faktiki olaraq vəkil kimi verə biləcəyimin heç bəlkə də yüzdə birini verə bilmirəm adamlara... Bu gün vəkil faktiki olaraq elə bir vəziyyətə salınıb ki, başqasını müdafiə etməli olan adamın özünün bu gün müdafiəyə ehtiyacı var... Bu gün mənim o imkanlarım olsaydı, yəqin ki, vəkillik etməzdim.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG