Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:51

«Quş qripi»nə qarşı nə edəcəyini əhali bilirmi?


Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub Türkiyədə "quş qripi"nə yoluxmaları təsdiqlənənlərin sayı 18-ə çatıb. Bundan başqa, ötən həftə Vanda ölən üçüncü uşağın da "quş qripi"ndən vəfat etdiyi rəsmi səviyyədə təsdiqlənib. Bundan qabaq BMT-nin Ərzaq Proqramı Türkiyə ilə qonşu olan ölkələri "quş qripi" təhlükəsinə qarşı sayıq olmağa çağırmışdı



Həkim-infeksionist Mehdi Mehdiyev Azərbaycanın dövlət qurumlarının atdığı addımlardan razı deyil. O hesab edir ki, "quş qripi" ilə bağlı indiki maarifləndirmə, əhalinin məlumatlandırılması daha çox kütləvi informasiya vasitələrinin öz təşəbbüsü ilə həyata keçirilir. Baxmayaraq ki, bu, daha çox Səhiyyə Nazirliyi və Dövlət Baytarlıq İdarəsinin görəcəyi işlərdir.



Mehdi Mehdiyevə görə, maarifləndirmə daha çox rayon və kəndlərdə aparılmalıdır. Evbəev gəzib həyətləri yoxlamalı, ev quşlarının xəstə olub-olmaması araşdırılmalıdır. Ev quşları arasında xəstəlik müşahidə olunarsa, bu barədə hara müraciət etmələri, necə davranmaları ilə bağlı kənd sakinlərinə geniş məlumat verilməlidir.



Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə deyir ki, ayrı-ayrı yerlərdə hələ də çöl quşlarının satış bazarları fəaliyyət göstərir. Elə bu baxımdan o, dövlət qurumlarının gördüyü tədbirləri elə də səmərəli hesab etmir.



Səhiyyə Nazirliyi isə səslənən iradları qəbul etmir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səmayə Məmmədova deyir ki, Səhiyyə Nazirliyinin nümayəndələri tez-tez televiziya vasitəsilə vətəndaşlara müraciət edir. Vətəndaşlar televiziyalara baxmırlarsa, bu, nazirliyinin yox, vətəndaşların öz günahıdır.



Səmayə Məmmədova deyir ki, "quş qripi"nə qarşı profilaktik tədbirlər çərçivəsində Səhiyyə Nazirliyi bütün bazar və dükanlarda toyuq əti ilə bağlı yoxlamalar aparır. Bu isə "quş qripi" olmadığı halda az iş deyil.
XS
SM
MD
LG