Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:10

Yeni mobil operatorlar daha sərfəli şərtlər vəd edirlər


Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub Bir neçə aydan sonra Azərbaycanın mobil rabitə bazarında daha iki operator fəaliyyətə başlayacaq. Bunlardan biri «Azerphone», ikinci şirkət isə Amerikanın «CATEL» şirkətidir



Ekspertlər hesab edirlər ki, yeni şirkətlərin gəlişi bazarda rəqabəti artıracaq, danışıq tariflərinin aşağı düşməsinə səbəb olacaq və rabitənin keyfiyyəti yaxşılaşacaq.



Bakının küçələrində söhbət etdiyim sakinlər deyirlər ki, onlar yeni operatorlardan daha aşağı qiymət, daha keyfiyyətli xidmət istəyirlər.



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyir ki, yeni operatorların uğuru birbaşa hökumətin bu şirkətlər üçün yaradacağı şəraitdən asılıdır.



«CATEL» şirkətindən bildiriblər ki, onlar hazırda bazarın 83 faizinə nəzarət edən «Azərcell»dən ən azı 50 faiz aşağı qiymət təklif edəcəklər. «CATEL» «Azərcell» və «Bakcell»dən fərqli olaraq daha müasir sistemlə –SDMA sistemi ilə işləyir. Ekspertlər həmin sistemin tutumunun daha çox və daha keyfiyyətli olduğunu deyirlər. «CATEL» abunəçilərinin telefonunda ayın tarixi və saat avtomatik qurulur. Şirkət danışıqları konturlarla yox, paket sistemi vasitəsilə tənzimləyir. Məsələn, «CATEL»in «ekonom» paketinə abunə olanlar ayda 10 min köhnə manat ödəməklə «CATEL» daxilində 10 dəqiqə pulsuz danışa bilirlər. 10 dəqiqədən sonra danışığın hər dəqiqəsi üçün 350 manat hesablanır. «CATEL» abunəçisinin «Azərcell» və «Bakcell» abunəçilərinə etdikləri hər zəngin qiyməti bu paketdə 750 manatdır. Müqayisə üçün deyək ki, «Azərcell»dən edilən hər zəngin dəqiqəsi bundan iki dəfə baha başa gəlir – 1440 manata.



Şirkətin baş direktoru Sadıq Hümbətov deyir ki, «CATEL»də ölkə daxilində ən bahalı danışıqlar 1 dəqiqə üçün 750 manatdır.



Bir neçə aydan sonra mobil rabitə xidməti göstərəcək ikinci şirkət –«Azerphone» isə 3-6 aydan sonra fəaliyyətə başlayacaq. Bu şirkət də «Azərcell» və «Bakcell» kimi GSM sistemi ilə çalışacaq, amma onun imkanları daha geniş olacaq. Hələ ki, «Azerphone»da hazırlıq işləri gedir. Şirkətin Azərbaycanda nümayəndəliyi yoxdur. Amma «Azerphone»un mobil rabitə bazarında xeyli pay tutacağını proqnozlaşdırmaq olar. Məsələ burasındadır ki, bu şirkətin həmtəsisçisi «Siemens» şirkətidir. «Siemens» həm də «Azerphone»u avadanlıqlarla təchiz edəcək, yəni, «Azerphone» avadanlıqları bazar qiymətləri ilə yox, öz qiymətinə alacaq.



Rabitə nazirinin müavini İltimas Məmmədov inanır ki, «CATEL» şirkəti kimi «Azerphone»un da fəaliyyətə başlaması rabitə bazarında keyfiyyəti yaxşılaşdıracaq və qiymətləri aşağı salacaq.



Azərbaycanda fəaliyyət göstərəcək iki yeni operatora – «CATEL» və «Azerphone»a lisenziya ötən ilin dekabrında verilib. «CATEL» indiyədək Azərbaycana simsiz rabitə xidməti göstərirdi, bundan sonra mobil telefon operatoru olacaq.
XS
SM
MD
LG