Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:48

Toyuq ətinə sanitar nəzarətin gücləndirilməsi haqda göstəriş verilib


Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub Səhiyyə Nazirliyi (SN) respublikaya gətirilən, eləcə də dükan-bazarda satılan toyuq əti və quşçuluq məhsulları üzərində sanitar nəzarətin gücləndirilməsi barədə göstəriş verib. Eyni zamanda toyuq ətindən hazırlanan dönərin satılmasına qadağa qoyulub. SN Mətbuat Xidmətinin əməkdaşı Səmayə Məmmədovanın sözlərinə görə, artıq bütün dükan və bazarlarda toyuq ətləri yoxlanılır, vaxtı keçmiş məhsullar satışdan yığışdırılır.



Köçəri quşların ovlanmasına və satışına qadağa qoyulan Salyan rayonunda yanvarın 12-dən həm də ev quşlarının satışına yasaq qoyulub. Rayon Baytarlıq İdarəsinin rəisi Məhəmməd Həsənov belə deyir.



Son 10 gündə bu rayonda ev quşlarının kütləvi şəkildə qırılması müşahidə olunmaqdadır. Məhəmməd Həsənovun sözlərinə görə, qış dövründə ev quşları arasında tələfat həmişə olur. Bu əsasən onların peyvənd olunmaması ilə bağlıdır. Son günlər quşların qırılması isə «quş qripi»ylə bağlı deyil.



Salyan sakini Emil Məmmədovun sözlərinə görəsə, rayon əhalisinin narahatlığı bu bölgədə yerləşən Şirvan və Mahmudçala qoruqlarında köçəri quşların qışlamasından qaynaqlanır. «Quş qripi» köçəri quşlar vasitəsilə yayıldığından yerli sakinlər də ev quşlarının ölümünü bununla bağlayırlar.



Rayon Baytarlıq İdarəsinin rəisi Məhəmməd Həsənov isə deyir ki, indiyə kimi bölgədə bir neçə nazirliyin iştirakıyla yeddi dəfə həm ev quşları, həm qoruqdakı, həm də bazarda satılan quşlar arasında monitorinq aparılıb və «quş qripi»nə rast gəlinməyib. Bundan başqa, ötən ilin dekabrında rayon icra başçısı köçəri quşların ovlanmasına və satışına da qadağa qoyub. Bazarda köçəri quşların satılmaması üçün hüqqu-mühafizə orqanlarına göstəriş verilib.



Rayon sakini Emil Məmmədov təlaş içində olan əhalinin ovla bağlı qadağaya əməl etdiyini deyir.



Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov isə deyir ki, o, Salyanın Baytarlıq İdarəsinin rəisi ilə gündəlik əlaqə saxlayır və rayonda quşların qırılması haqda ona heç nə deyilməyib. Bununla belə, cənab Şahbazov quşların ölümünün bu ərəfədə Kürün daşmasıyla bağlı ola biləcəyini də düşünür, əlavə edir ki, iki gün sonra həmin bölgədə təkrar monitorinq aparılacaq.



Bir neçə gün öncə Masallıda da ev quşlarının kütləvi ölümü müşahidə olunmuşdur. Yoxlamalardan sonra onların bağırsaq çöpləri xəstəliklərindən tələf olduğu bəlli oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG