Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:27
Rubrikalar

Moskvada AFFA və FIFA prezidentləri görüşəcək


Səs: Real audio
«Biz əminik ki, Elmar Hüseynov ancaq yazdığı siyasi yazılara görə qətlə yetirilə bilərdi. Nə qədər ki, qatillər və sifarişçilər tapılmayıb, Azərbaycan hakimiyyətinin üzərindən şübhə və ictimai qınaq götürülə bilməz» - AFFA rəhbərliyi Azərbaycanda futbolun vəziyyətinə dair müzakirələr aparmaq üçün yanvarın 14-də Moskvada FIFA prezidenti Yozef Blatterlə görüşəcək.



Məlumatı AFFA-nın baş katibi Fuad Əsədov verib. Fuad Əsədov bildirir ki, bu görüş həm də hesabat xarakterlidir. O deyir ki, FIFA-nın Azərbaycanda futbolun inkişafı üçün ayırdığı vəsaitlə indiyə qədər hansı işlər görülməsi ilə bağlı AFFA rəhbərliyi hesabat hazırlayıb.



- Qadınlar və kişilər arasında basketbol üzrə ölkə çempionatının növbəti oyunları başa çatıb. 6 turdan sonra 12 xalla «Qala» komandası birinci yeri tutur. Sonrakı yerləri «Qərb Universiteti» və «Aztop» komandaları tuturlar. Qadınlar arasında yarışların nəticəsinə görə, «Məşəl-1» 1-ci, Xəzər Universiteti və «Məşəl-2» klubları isə 2-ci – 3-cü yerləri bölüşürlər.



- Yanvarın 13-də taekvando üzrə 16-cı ölkə çempionatı başlayır. Çempionatın qalibləri iki gün sonra – yanvarın 18-də müəyyən ediləcək.



Məlumatı Gənclər, İdman və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri Raqif Abbasov verib. Onun sözlərinə görə, nazirlik 20 Yanvar hadisələrində həlak olmuş idmançı Müşfiq İsayevin xatirəsinə həsr olunan gənclər arasında sərbəst güləş üzrə beynəlxalq turnir də təşkil edir. Turnir yanvarın 18 və 19-da keçiriləcək.



Yanvarın 13-də Olimpiya İdman Kompleksində yunan-Roma və sərbəst güləş üzrə Bakı çempionatının oyunları başlayır. Yarışlarda 8 çəki dərəcəsində 100-dən çox idmançı iştirak edir. Yarışlar üç gün davam edəcək.
XS
SM
MD
LG