Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:26

Aclıq edən gənclərdən biri xəstəxanaya yerləşdirildi


Səs: Real audio
Polis isə gəncləri piket keçirməyə qoymadı Yanvarın 12-də aclıq aksiyası keçirən gənclərdən biri, «Məqam» Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseynovun səhhəti kəskin pisləşdiyindən 1 Saylı Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildi. Həkimlərin sözlərinə görə, onun qan təzyiqi kəskin şəkildə aşağı düşüb. İndi aclıq aksiyasını üç nəfər davam etdirir. Həkimlər onların da səhhətinin qənaətbəxş olmadığını deyirlər. Aclıq edənlərdən biri Turan Əliyev isə aksiyanı davam etdirəcəklərini söyləyir.



Yanvarın 12-də həmçinin AXCP-nin Gənclər Komitəsinin bir qrup üzvü Təhsil Nazirliyinin qarşısında piket keçirməyə cəhd etdi. Onlar ötən ilin noyabr ayında oxuduqları ali məktəblərdən qovulmuş Namiq Feyziyev və Turan Əliyevin universitetlərə bərpasını tələb edirdilər. Ancaq polis piketin baş tutmasına imkan vermədi.



AXCP Gənclər Komitəsinin sədri Seymur Həziyev bildirir ki, aksiyaya imkan verilməsə də, onlar eyni tələblə yenidən piketlər keçirəcəklər: «Hər bir vətəndaşın təhsil hüququ var və pozulmuş hüquqlar bərpa edilməlidir. Təhsil Nazirliyi bu cür mövqeyi ilə göstərdi ki, Turan Əliyevlə Namiq Feyziyevin həyatının təhlükədə olduğuna göz yumur».



Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Xanlar Qurbanov isə bildirir ki, piket icazəsiz olduğu üçün qarşısı alınıb.



Norveç İnsan Hüquqları Fondu aclıq aksiyası ilə bağlı növbəti bəyanat yayıb. Bəyanat müəllifləri hesab edirəlr ki, ombudsman Elmira Süleymanova gənclərin hüquqlarının bərpasında əsas rol oynaya bilər. Təşkilat Təhsil naziri Misir Mərdanovdan xahiş edir ki, gənclərin vəziyyətinin ağırlığını nəzərə alıb, onların hüquqlarını mümkün qədər tez bərpa etsin.



«Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev və AXCP Gənclər Komitəsinin fəalı Turan Əliyev siyasi baxışlarına görə universitetlərdən qovulduqlarını bildirirlər. Təhsil Nazirliyi isə bəyan edir ki, Namiq Feyziyev akademik borcunu ödəmədiyinə, Turan Əliyev isə dövlət əleyhinə vərəqələr yaydığına görə ali məktəbdən xaric edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG