Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:58

<i>«Yeni Müsavat»</i>: «Azərbaycanda «quş qripi»ni müəyyən etmək çətindir»


Səs: Real audio
Avropa Şurası rəsmiləri fevralda Bakıya gələcəklər «Yeni Müsavat» qəzetindəki «Azərbaycanda «quş qripi»ni müəyyən etmək çətindir» sərlövhəli məqalədə bildirilir ki, Azərbaycanda nə bu virusu aşkara çıxaracaq normal laboratoriyalar, nə də həkim mütəxəssislər var. Ümumdünya Səhiyyə Təşkilatının bir il əvvəl «quş qripi» təhlükəsi barədə etdiyi xəbərdarlığa baxmayaraq, hələ də respublikada baytar həkimlərə virusun xüsusiyyətləri və aşkarlanması barədə seminarlar keçirilməyib. Rayonlarda baytarlıq şöbələrinin maddi-texniki bazalarının zəif olması və yüksək səviyyəli mütəxəssislərin qıtlığı epidemiya təhlükəsini xeyli artırır. Qəzetin yazdığına görə, Azərbaycan hökuməti xaricdən gətirilən, həmçinin ölkə daxilində istehsal olunan məhsullara nəzarət olunduğunu iddia etsə də, bazarlarda quş əti alveri ilə məşğul olan satıcıların hamısının əlində müvafiq həkim arayışları olsa da, bütün bunlar satılan məhsullarda hər hansı xəstəliyin olmamasına təminat vermir.



Millət vəkili Gültəkin Hacıyeva «Xalq Cəbhəsi» qəzetinə müsahibəsində deyir ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanda keçirilən parlament seçkisinə ümumi qiyməti iyun sessiyasında verəcək. Avropa Şurası ilə hakimiyyət arasında heç bir danışığın olmadığını deyən xanım Hacıyevanın sözlərinə görə, Azərbaycanda nəticəsi ləğv olunmuş 10 dairədə təkrar seçki keçirilməyincə, prosesə qiymət verilə bilməz. Assambleyanın mövqeyi belədir ki, qiymət tam olaraq verilməlidir. Ona görə də 10 dairədə keçiriləcək təkrar seçkilə bağlı müzakirələr iyun sessiyasına qədər təxirə salınıb.



«Yeni Azərbaycan» qəzetindəki «Etibar Məmmədov müxalifətdən dəstək ala bilmir» başlıqlı məqalədə bildirilir ki, böyük əksəriyyət Əli Əliyevi dəstəklədiyi halda, yalnız «YeS» Etibar Məmmədovun yanında olduğunu bəyan edib. Milli İstiqlal Partiyasında baş vermiş parçalanmada «Azadlıq» blokunun xüsusi xidmətinin olduğunu vurğulayan müəllif yazır ki, bəziləri blok üzvlərinin Etibar Məmmədovdan qisas aldıqlarını düşünür. Məsələyə hüquqi cəhətdən yanaşan «YeS» həmsədri Eldar Namazov isə hesab edir ki, partiyanın qanuni strukturları Etibar Məmmədovun yanındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG