Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:19

Vəzifəlilər yazıçı olurlar...


Səs: Real audio
Avropa Şurası rəsmiləri fevralda Bakıya gələcəklər Azərbaycanda pyeslərin, kino ssenarilərinin çoxunu vəzifəsi olanlar yazır. Eyni vaxtda neçə-neçə dramaturq, məsələn, sifariş tapa bilməməkdən şikayətlənir



Son illərdə Azərbaycan teatrlarında səhnələşdirilən pyeslər və çəkilən filmlərin müəllifləri demək olar ki, eyni simalardır. Və onların xeylisi ya müxtəlif vəzifə sahibidir, ya da ki, vəzifə sahibi olan yaxınları var.



Məsələn, bu günün özündə də Akademik Dövlət Milli Dram Teatrında Əli Əmirlinin və Elçin Əfəndiyevin pyesləri daha çox oynanılır. Bu sıraya Həsən Həsənov, Orxan Fikrətoğlu və Eldar Quliyevin də adlarını əlavə etmək mümkündür.



Yerli mətbuat az əvvəl adıçəkilən Əli Əmirlini Dövlət İncəsənət Universitetinin professoru olmaqla yanaşı, həm də dövlət adamları ilə əlaqəsi olan şəxs kimi təqdim edir. Elçin Əfəndiyev isə yazıçı və dramaturq İlyas Əfəndiyevin oğlu, hazırda baş nazirin müavinidir.



Həsən Həsənovsa Azərbaycanın keçmiş xarici işlər naziridir.



Son vaxtlar Akademik Dövlət Milli Dram Teatrı da başda olmaqla bir sıra teatrlar 20-ci əsr Azərbaycan ədəbiyyatının nümayəndələrinin əsərlərinə, xüsusiylə də Mircəlal Paşayevə diqqət ayırırlar. O, da ölkənin birinci xanımı – Mehriban Əliyevanın babasıdır.



Qaldı kino ssenaristi kimi Orxan Fikrətoğluna, o, yazıçı Fikrət Sadıxın oğlu və ANS Şirkətlər Qrupunun aparıcı fiqurlarındandır.



Son illər titrlərdə adına rastlanan müəlliflərdən biri də Qaz Emalı Zavodunun direktoru, hazırda millət vəkili olan Hüseynbala Mirələmovdur.



«Bakı Xəbər» qəzetinin mədəniyyət yazarı İradə Kövrək bütün bu sadalananlardan sonra hesab edir ki, Azərbaycanda dramaturgiya inhisardadır. Müsahibimizin sözlərinə görə, bunun əsas səbəblərindən biri maliyyə problemlərinin çoxluğudur.



Akademik Milli Dövlət Dram Teatrının rejissoru Bəhram Osmanov deyir ki, dramaturgiya çətin sahə olduğundan, bu gün yazıçıların bir çoxu bu janrda yazmağa üstünlük vermir. Məhz bu səbəbdən də həm kino, həm də teatrlar necə deyərlər, bir neçə müəllifin ümidinə qalıb. Və hazırda mətbuatın tənqid obyekti olanlar da məhz ortada olan müəlliflərdir.



Rejissor deyir ki, şəxsən o, Əli Əmirli və ya Elçin Əfəndiyevin hansısa pyesi olmayanda, dünya klassiklərinin yazdıqlarının səhnələşdirilməsi ilə məşğul olur. Çünki bu iki müəllifdən savayı Azərbaycanda normal pyes yazan müəllif tanımır.



Bəhram Osmanov pyeslərin müəlliflərin maddi imkanlarına əsasən səhnələşdirilməsi barədə iddialara cavabında dedi ki, bu qeyri-obyektiv yanaşmadır. Onun fikrincə, teatrlar o tamaşaları hazırlayırlar ki, bu gün onalara tələbat var.



Akademik Dövlət Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova isə deyir ki, teatrda indiyə qədər bütün rolları öz istəyiylə oynayıb. Amma hərdən bəyənmədiyi ssenari əsasında filmə çəkildiyi də olub.



Adı mübahisələrdən düşməyən dramaturq Əli Əmirli isə deyir ki, onun əsərlərinin daha çox tamaşaya qoyulmasının səbəbi yazdıqlarının keyfiyyətli olmasına görədir.



Kinorejissor və ssenarist Ramiz Əzizbəyli isə deyir ki, "bəyənmirəm" deyə-deyə 17 il işsiz qalıb. Və indi bu sözün özündən də bir qədər qorxur.



Mədəniyyət Nazirliyi mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva bildirir ki, teatrlar üçün dövlətin ayırdığı vəsaitin məbləği hesabatlar hazır olmadığından, hələlik dəqiq bilinmir. Amma ötən və bu il üçün kinofilmlərə ayrılan dövlət vəsaitləri barədə nazirliyin hesabatı hazırdır:



"Ümumiyyətlə, 2005-ci ildə kino sahəsinə 7 milyard 60
XS
SM
MD
LG