Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Tutulan məmurlar siyasi məhbus kimi tanına bilərlərmi?


Səs: Real audio
Nazirlərin görüşündə prezidentlərin bir araya gəlməsi üçün zəmin olub-olmaması müzakirə ediləcək Bu məsələdə hüquq müdafiəçiləri arasında yekdil fikir yoxdur



Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, ötən il həbs olunan dövlət məmurları siyasi məhbus kimi tanına bilərlər. Hətta Demokratiyanın İnkişafı və İnsan Hüquqları Fondunun həmsədri Rəna Sadəddinovanın sözlərinə görə, onlar potensial siyasi məhbuslardır. Rəna Sadəddinova deyir ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də daxil olmaqla ötən ilin oktyabrında həbs olunan dövlət məmurları təkcə iqtisadi cinayətlərdə yox, həm də hakimiyyəti zorla dəyişdirməyə cəhddə ittiham edilirlər. Bu da hüquq müdafiəçisinin sözlərinə görə, onların həbsində siyasi motivlərin olduğu gümanına gəlməyə əsas verir. Rəna Sadəddinova qeyd edir ki, əgər məhkəmə həmin ittihamları təsdiq etsə, Avropa Şurası onları siyasi məhbus kimi tanıya bilər.



Ancaq həmin şəxslərin potensial siyasi məhbus hesab edilməsiylə bağlı hüquq müdafiəçiləri arasında yekdil fikir yoxdur. Məsələn, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus yada salır ki, Avropa Şurasının ekspertləri əsasən həbs zamanı və istintaqın gedişində qanun pozuntularının olub-olmamasına nəzər yetirirlər. Bundan başqa, həbs edilən şəxsin siyasi məhbus hesab edilib-edilməməsi onların istintaq zamanı işgəncələrə məruz qalıb-qalmamasından da çox asılıdır.



Leyla Yunusun sözlərinə görə, həbs edilən keçmiş məmurların hər hansı bir qanunsuz əmələ məruz qalmaları haqda məlumatlar olmadığından, onları potensial siyasi məhbus hesab etmək olmaz. Rəna Sadəddinova isə bu fikirlə razılaşmır:



"Mən Fərhad Əliyevi götürürəm. Onun səhhəti son dərəcə ağırdır. Fərhad Əliyevin xəstəxanaya köçürülməməsi belə işgəncədir. Çünki həkimlərin sözlərinə görə, o, mütləq xəstəxanaya köçürülməlidir".



Siyasi məhbuslara dünyada müxtəlif yanaşmalar olduğundan, bu, Azərbaycanda da özünü göstərir. Məsələn, «Amnesty International»a görə, əgər həbs edilən şəxs siyasətlə məşğuldursa, o, siyasi məhbus hesab ediləcək. Ancaq Avropa Şurası məhkəmə hökmü olmadan heç kimi siyasi məhbus hesab etmir. Bunun qurumun Azərbaycan üzrə məruzəçiləri də bir neçə dəfə dilə gətiriblər.



Avropa Şurası məhbusları 5 əsas prinsiplə müəyyən edir. Bu prinsiplərdə ümumən istintaqın və məhkəmənin nə qədər ədalətli keçirilib-keçirilməməsi əsas kimi götürülür. Son illər Avropa Şurasının ekspertləri ilə Azərbaycan rəsmiləri arasında müxtəlif mübahisəli məqamlar üzə çıxıb. Azərbaycanın dövlət rəsmiləri hesab edirlər ki, həbs edilən şəxsin siyasətlə məşğul olub-olmamasından asılı olmayaraq, onun əməlində cinayət tərkibi varsa, o, siyasi məhbus hesab edilə bilməz.



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva da deyir ki, sözü gedən keçmiş dövlət məmurları bir sıra ittihamlarla yanaşı, korrupsiyada da günahlandırılırlar. Məhkəmədə həmin ittihamlar təsdiq edilərsə, onların siyasi məhbus hesab edilmələri düzgün deyil.



Gültəkin Hacıyeva qeyd edir ki, keçmiş dövlət məmurlarının siyasi məhbus sayılıb-sayılmaması məsələsi yalnız onların işi ilə bağlı keçiriləcək məhkəmənin hökmündən sonra aydınlaşacaq.



Həmin şəxslərin sonrakı taleyinə gəldikdə isə, hüquq müdafiəçiləri hesab edirlər ki, bu da onların siyasi məhbus kimi tanınıb-tanınmamasından asılı olacaq. Rəna Sadəddinova deyir ki, əgər həmin insanlar siyasi məhbus kimi tanınacaqlarsa, onların həbs müddətlərini başa vurmadan azadlığa buraxılmaları da mümkündür. Çünki siyasi məhbus probleminin həlli ilə bağlı Azərbaycan hökuməti Avropa Şurası ilə bir neçə

Günün bütün mövzuları

XS
SM
MD
LG