Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:41

Sergey Kuznetsov: «MSK-nın formalaşması ilə bağlı rəyimiz dəyişməz qalır»<p align=`left`><br><br>


Səs: Real audio
Venesiya Komissiyasının təmsilçisi MSK-nın yeni tərkibinin formalaşması ilə bağlı təkliflər vermək niyyətində olmadıqların deyir «Azərbaycan hökuməti Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşmasında kömək üçün Avropa Şurası Venesiya Komissiyasına müraciət edərsə, qurum əməkdaşlığa hazırdır».



Venesiya Komissiyasının Seçki Məsələləri üzrə Şöbəsinin əməkdaşı Sergey Kuznetsov «Azadlıq» radiosuna müsahibəsində belə dedi. Onun sözlərinə görə, ancaq indiyədək hökumət onlara belə müraciət göndərməyib və ona görə də komissiya MSK-nın yeni tərkibinin formalaşması ilə bağlı təkliflər vermək niyyətində deyil. Cənab Kuznetsov sözügedən qurumun formalaşması ilə bağlı komissiyanın mövqeyinin dəyişməz qaldığını söyləyir.



Venesiya Komissiyası Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı tövsiyələrini təqdim edərkən MSK-nın partitet əsaslarla formalaşmasını təklif etmişdi.



Sergey Kuznetsov: «Biz prinsipcə, bu məsələylə bağlı öz fikrimizi Seçki Məcəlləsinə rəy verəndə bildirmişik. Hələlik rəyimiz dəyişməz qalır. Mərkəzi Seçki Komissiyasının necə formalaşdırılacağı haqda isə yeni məlumatlar almamışıq. Hər şey yenə də Azərbaycan hökumətinin əməkdaşlıq istəyindən asılıdır. Hökumət əməkdaşlığı davam etdirmək istəsə, biz bu mövzunu yenidən müzakirə etməyə hazırıq».



Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyir ki, beynəlxalq qurumların tövsiyələri qanun layihələri müzakirə olunarkən nəzərə alına bilər. Amma indiki halda sadəcə, mövcud qanunvericiliyə uyğun olaraq MSK-nın tərkibi yenidən formalaşdırılır.



Müxalifət partiyaları isə MSK-nın paritet əsaslarla formalaşmasında təkid edir və yalnız bu halda yeni tərkibə öz namizədlərini göndərəcəklərini bildirirlər.



MSK-nın tərkibinin yenidən formalaşdırılmasıyla bağlı partiyalara müraciət göndərmiş Milli Məclis isə onlara verdiyi möhləti daha beş gün, yanvarın 15-dək uzadıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG