Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:16

Azərbaycan Rusiyadan elektrik enerjisini baha qiymətə alacaq


Səs: Real audio
Ucuz qiymətə isə satacaq Azərbaycanla Rusiya arasında elektrik enerjisinin mübadiləsinə dair müqavilə imzalanıb. Bir aya yaxın davam edən danışıqlardan sonra «Azərenerji» Səhmdar Cəmiyyəti (SC) Rusiyanın təklif etdiyi qiyməti - hər kilovatt-saat üçün 180 köhnə manatı 14 manat aşağı salmağa müvəffəq olub. İndi Rusiyadan alınan hər kilovatt-saata görə təqribən 167 manat ödəmək lazım gələcək. Bu rəqəm ötən ilkindən təqribən iki dəfə çoxdur. 2005-ci il Azərbaycan Rusiyadan aldığı eyni həcmdə elektrik enerjisi üçün təqribən 130 köhnə manat ödəyirdi.



Amma «Azərenerji» SC danışıqları davam etdirmək və qiymətləri aşağı saldırmaq niyyətindədir. Rusiyayla imzalanan bu müqavilə 2006-cı ilin noyabrın 30-nə qədər qüvvədə olacaq.



Azərbaycan Rusiyadan aldığı elektrik enerjisinin əvəzinin bir hissəsini pulla ödəyir, digər hissəsini isə bü ölkəyə elektrik enerjisi satmaqla verir. Hələ ki, Azərbaycan Rusiyaya elektrik enerjisini əvvəlki tariflə satacaq - 70 köhnə manata.



«Azərenerji» SC-nin Mətbuat Xidmətinin rəhbəri Aqşin Kazımzadə Rusiyadan baha qiymətə alınan enerjinin qarşılığında Azərbaycanın bu qədər ucuz qiymət təklif etməsinin səbəbinə aydınlıq gətirmir.



Energetika məsələləri üzrə ekspert İlham Şaban isə deyir ki, bu, Azərbaycan tərəfinin danışıqları səmərəli apara bilməməsi və Rusiyanın regionda enerji qiymətlərini diqtə etməsi ilə əlaqədardır. Ekspert bildirir ki, hökumət təbii qazın qiymətində olduğu kimi, elektrik enerjisinin qiymətini də aşağı saldırmaq üçün kifayət qədər səy göstərmədi. Onun sözlərinə görə, Azərbaycan istəsə, şimal qonşusundan elektrik enerjisi almaya da bilər.



Rusiyadan alınan enerji ilə əsasən şimal rayonları təchiz edilir.



İl ərzində Azərbaycan Rusiyadan təqribən 3 milyard kilovatt-saat elektrik enerjisi alır, özü isə bu ölkəyə 1 milyard kilovatt-saat enerji satır.

Günün bütün mövzuları

XS
SM
MD
LG