Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:23

Türkiyə prezidentinin yaxın vaxtlarda Bakıya gələcəyi deyilir


Səs: Real audio
Sənəd müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq «Hələlik beynəlxalq sülhməramlı qüvvələri Azərbaycanın cəbhə bölgəsində hansı təşkilatın yerləşdirəcəyi bəlli deyil. Bu müəyyənləşərsə, onda Tükiyənin də bu layihədə iştirakı məsələsinə baxıla bilər». Bunu Türkiyənin Azərbayandakı səfiri Turan Moralı Gəncədə bildirdi.



Onun sözlərinə görə, yaxın vaxtlarda Türkiyə prezidenti Əhməd Necdət Sezər Azərbaycana səfər edəcək. Ancaq cənab Moralı səfərin dəqiq tarixi və məqsədiylə bağlı geniş açıqlama vermək istmədi.



Turan Moralının Gəncəyə səfərinin məqsədi isə Türkiyə səfirliyinin Qurban bayramı münasibətilə məcburi köçkünlər üçün bayram sovqatı çatdırmaqdır.



Səfir bildirir ki, Goranboy, Yevlax, Gəncə və Xanlarda məskunlaşan üç min ailə üçün qurban əti paylayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG