Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:13

Müxalifətin birləşəcəyi şübhə doğurur


Səs: Real audio
Sənəd müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq Seçkidən sonra müxalifət superpartiya yaratmaq ideyasını ortaya qoydu. Ancaq deyəsən, elə bir maraq göstərilmədi. İndi Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimli təklif edir ki, "Azadlıq" seçki bloku siyasi bloka çevrilsin



AXCP sədri Əli Kərimli seçkidə iştirak edən bütün aparıcı müxalifət partiyalarına müraciət edərək onları yeni, vahid bir siyasi blokda birləşməyə dəvət edib. Ancaq siyasi müşahidəçilər müxalifətin vahid bir cəbhədə birləşməsini hələ ki, mümkün saymırlar. Onlar hesab edirlər ki, indi nəinki bütünlükdə müxalifət düşərgəsində, hətta «Azadlıq» blokunun özündə mövqe müxtəlifliyi var.



«Azadlıq» blokunun Seçki Qərargahının rəhbəri, millət vəkili Pənah Hüseyn də deyir ki, müxalifət əvvəlcə bir sıra məsələlərlə, xüsusilə də parlamentin işinə qatılıb-qatılmamaq, Mərkəzi Seçki Komissiyasına (MSK) nümayəndə göndərib-göndərməmək və ləğv edilən 10 dairədə təkrar seçkilərə gedib-getməməklə bağlı ortaq məxrəcə gəlməlidir. Yalnız bundan sonra hər hansı siyasi bir blokda bir araya gəlmək mümkündür.



Üstəlik Pənah Hüseyn deyir ki, bu birlik təkcə Əli Kərimlinin təklif etdiyi 5 partiya – AXCP, Müsavat, ADP, AMİP və Liberal partiyası arasında gerçəkləşməməlidir. Cəmiyyətdə çəkisi olan bütün müxalif partiya və siyasətçilər bu təşəbbüsə cəlb edilməlidirlər.



Sözü gedən partiyalar isə AXCP sədri Əli Kərimlinin təklifinə münasibət bildirməyə hələ ki, tələsmirlər. Yalnız Liberal partiyasının sədr əvəzi Əvəz Temirxan Əli Kərimlinin təklifini qəti müdafiə edərək bildirir ki, müxalifət hakimiyyətə qarşı bir cəbhədə birləşməsə, mübarizə aparmaq mümkün olmayacaq.



Əvəz Temirxan da deyir ki, nəzərdə tutulan birliyin işinə cəmiyyətdə nüfuz sahibi olan siyasətçilər, hüquq müdafiəçiləri cəlb edilməlidir. Ancaq onun sözlərinə görə, həmin şəxslər blokun seçkili orqanlarında yaxşı olar ki, yalnız məşvərətçi səslə iştirak etsinlər.



Təşəbbüsün müəllifi Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli isə deyir ki, əgər belə bir blok yaradılarsa, müxalifət ölkədə baş verən hadisələrə daha çevik və daha qəti münasibət bildirmək imkanı qazanar. AXCP sədri deyir ki, superpartiya yaratmaq hələlik mümkün deyil. Ancaq belə bir blok yaradılarsa, superpartiya ideyasının gerçəkləşməsi istiqamətində çox mühüm addım olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG