Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:35

Təkrar seçkiyə qatılmaq istəyənlərin sayı doqquza çatıb<p align=`left`><br><br>


Səs: Real audio
Sənəd müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq Nəticəsi ləğv olunmuş on dairədə mayın 13-də parlamentə keçiriləcək təkrar seçkidə iştirak edənlərin sayı doqquz nəfərə çatıb. Bunlardan biri namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürmüş Müsavat Partiyasının keçmiş üzvü İlham Hüseyndir.



Ümumilikdə indiyədək on dairədən yalnız ikisində – 31 saylı Suraxanı və 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən doqquz nəfər imza vərəqəsi götürüb. Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, digər səkkiz dairədə imza vərəqəsi götürmək üçün hələlik müraciət edən olmayıb.



Təkrar seçkidə bütün dairələrdən namizədlərini irəli sürəcəyini bəyan edən Yeni Azərbaycan Partiyası isə hazırda siyahını hazırlamaqla məşğuldur. Partiyanın icraçı katibi Əli Əhmədov bildirir ki, namizədlərin müəyyənləşdirilməsi ilə bağlı ciddi iş aparılır.



MSK-nın yenidən formalaşdırılması ilə bağlı ötən ilin sonlarında partiyalara müraciət göndərmiş Milli Məclis isə onlara verdiyi möhləti daha beş gün artırıb. Bu haqda məlumat verən parlamentin vitse-spikeri Bahar Muradova deyir ki, səbəb həmin vaxtın bir neçə gününün bayram və istirahətə təsadüf etməsidir. Onun sözlərinə görə, qış tətilində olan parlamentin MSK-nın tərkibini formalaşdırmaq üçün növbəti toplantısını nə zaman keçirəcəyi hələlik məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG