Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:27

Bakıda tıxacları tənzimləyən qurğular quraşdırılacaq


Səs: Real audio
Sənəd müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq Yaxın günlərdə Bakının küçələrində hərəkətə nəzarət üçün avtomatik idarəetmə qurğuları quraşdırılacaq. Dövlət Yol Polisi İdarəsinin (DYPİ) şöbə rəisi Ərəstun Məcidov deyir ki, bu qurğular küçələrdə yaranan tıxacları tənzimləyəcək. Onun sözlərinə görə, qurğular Almaniyanın «Simens» şirkətinin istehsalıdır. Artıq səkkiz dəst qurğunun Bakıya gətirilməsi üçün müqavilə imzalanıb. Qurğuların bir hissəsi daha çox tıxac yaranan yol ayrıclarında quraşdırılacaq. Cənab Məcidov bildirir ki, 2007-ci ilin sonuna qədər Bakda 70-ə qədər belə qurğu quraşdırılacaq.



DYPİ rəsmisi onu da söyləyir ki, paytaxtda hərəkətin tənzimlənməsinə dair Dövlət Proqramının hazırlanması haqda sərəncama uyğun olaraq idarə şəhərin müxtəlif yerlərində dayanacaqlar, körpülər və yeni yolların tikilməsi üçün layihə hazırlayıb.



Ərəstun Məcidov bildirir ki, yaxın vaxtlarda 20 yanvar və Əzizbəyov dairələrində, 3-cü mikrorayon bazarı yaxınlığında, Ziya Bünyadov-Azadlıq, Ziya Bünyadov-Ataturk prospektlərinin kəsişməsində yeni yolların, köpülərin və dayanacaqların inşasına dair Dövlət Yol Polisinin təklifləri Nazirlər Kabinetində müzakirə olunacaq.
XS
SM
MD
LG