Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:56

<i>«Ayna»</i>: «Benzinin qiyməti artmayacaq»


Səs: Real audio
Sənəd müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq «Ayna» qəzetindəki «Benzinin qiyməti artmayacaq» sərlövhəli məqalədə bildirilir ki, hökumət yaxın gələcəkdə benzinin qiymətini artırmağı planlaşdırmır. Qəzet Sənaye və Energetika naziri Natiq Əliyevə istinadən yazır ki, hökumət bu il ərzində daha heç bir yanacaq növünün qiymətinə yenidən baxmayacaq. Lakin nazir buna dair hökumətin mövqeyinin qəti olmadığına da işarə edib. Yəni, dünyada neft və neft məhsullarının qiymətinin artacağı təqdirdə Azərbaycan da müvafiq olaraq qiymətləri tənzimləmək məcburiyyətində qalacaq. Bu isə Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərə bilər.



«Yeni Azərbaycan» qəzetindəki «Cənubi Qafqazda yeni münaqişə ocağı yarana bilər» başlıqlı məqalədə Ağanisə yazır ki, Ermənistanın növbəti hədəfi Gürcüstanın Cavaxetiya bölgəsi ola bilər. Artıq neçə ildir Ermənistanın Cavaxetiyaya qarşı ərazi iddiasında olduğunu qeyd edən müəllif özlərini Qarabağ Ordusunun fədailəri adlandıran bir qrup terrorçunun Gürcüstan prezidenti Mixail Saakaşviliyə Cavaxetiya erməniləri ilə bağlı hədələyici bəyanat da ünvanladıqlarını xatırladır. Politoloq Rasim Musabəyov isə hesab edir ki, ermənilərin Cavaxetiyada muxtariyyət tələb etməsi Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirilir. Cavaxetiyada Rusiyaya məxsus kəşfiyyat şəbəkəsinin olduğunu düşünən politoloq əlavə edir ki, həmin kəşfiyyat şəbəkəsi bölgədə vəziyyəti daha da gərginləşdirmək, Mixail Saakaşvilinin siyasətinə təzyiq göstərmək məqsədi güdür.



«Yeni Müsavat» qəzetindəki «Ağ Evə dəvət üçün xərclənən pullar hədər gedir» başlıqlı məqalədə bildirilir ki, İlham Əliyev ABŞ-dan istədiyi dəvəti tezliklə ala bilməyəcək. Qəzet adını açıqlamadığı mənbələrə istinadən yazır ki, İlham Əliyev Amerikada yüksək rütbəli şəxslərə çıxış imkanı olan siyasətçilərə onun Amerikaya dəvət olunmasını təşkil etmək üçün küllü miqdarda pul xərcləyir. Bu pullar lobbi fəaliyyətləri ilə məşğul olan şirkətlərin hesabına keçirilir. Qəzet qeyd edir ki, Amerika administrasiyası parlament seçkisinin saxtalaşdırılmasına göz yumsa da, onunla məsafə saxlamağa çalışır. Çünkli Vaşinqtonda başa düşürlər ki, prezident Buşun Ağ Evdə İlham Əliyevlə görüşməsi respublikaçılar administrasiyasına qarşı tənqidləri gücləndirəcək. Çünki İlham Əliyev onun islahatşı imicini düzəltmək istəyənlərin əlindən bütün arqumentləri alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG