Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:26

AŞPA-nın alt komitəsi Qarabağa dair hesabatı təsdiqlədi<p align=`left`><br><br>


Səs: Real audio
Sənəd müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq Yanvarın 9-da Avropa Şurası Parlament Assambleyasının [AŞPA] Azərbaycan-Ermənistan münaqişəsi üzrə Alt Komitəsi qurumun sədri Lord Rassel Consonun təqdim etdiyi hesabat layihəsini təsdiqləyib. Hesabat müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq.



Bu haqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə məlumat verdi. Onun sözlərinə görə, sənəddə ötən ilin yanvarında qəbul olunan qətnamədəki əsas məqamlar – Azərbaycan ərazilərinin işğal edilməsi və həmin əraziləri nəzarətdə saxlayan qüvvələrin separatçı olması öz əksini tapıb.



Cənab Mollazadə deyir ki, müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin hesabatla bağlı təklifləri Alt Komitənin üzvləri tərəfindən rədd edilib.



AŞPA-nın Azərbaycan-Ermənistan münaqişəsi üzrə Alt Komitəsi martın 15-də yenidən bir araya gələrək iş planını müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG