Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Əli Əliyev Etibar Məmmədovun məsuliyyət daşıdığını deyir<p align=`left`><br><br>


Səs: Real audio
Dörd hərbçi xəsarət alıb. Yanvarın 9-da partiyada baş verənlərlə bağlı mətbuat konfransı keçirən Əli Əliyev AMİP-in rəsmi təmsilçisi olduğunu, möhürün, ştampın və bütün səlahiyyətlərin onun əlində cəmləşdiyini bəyan edib. O, bildirib ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi şəhadətnamədə də göstərildiyi kimi, AMİP-in rəsmi təmsilçisi, partiya sədri odur. Buna görə də hazırda partiyanın yerləşdiyi müvəqqəti mərkəzi qərargahda da rəsmi təmsilçi kimi o əyləşməlidir. Əli Əliyev yanvarın 8-də AMİP liderinin iştirakı ilə Mərkəzi Şuranın toplantısında onun sədrlikdən uzaqlaşdırılmasını Nizamnamənin pozulması kimi qiymətləndirib. O, bununla bağlı Ədliyyə Nazirliyinə və məhkəmə instansiyalarına müraciət edəcəyini də deyib.



AMİP sədri bəyan edib ki, qərargahda hər hansı qarşıdurma yaranarsa, buna görə AMİP lideri Etibar Məmmədov məsuliyyət daşımalı olacaq. Əli Əliyev təhlükəsizlyinin təmin edilməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevə və Nəsimi Rayon Polis İdarəsinə müraciət edib.



AMİP Mərkəzi Şurasının yanvarın 8-də keçirdiyi toplantıda bu qurumun sədri Əli Əliyevə etimadsızlıq göstərilib. Yanvarın 22-də növbədənkənar qurultay keçirilənədək sədrin səlahiyyətlərinin icrası Mərkəzi Şuranın sədri Ayaz Rüstəmova tapşırılıb. AMİP lideri Etibar Məmmədov bundan sonra partiyanın işində yaxından iştirak edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG