Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:53

Qurban bayramı ərəfəsində qiymətlər bahalaşıb


Səs: Real audio
Dörd hərbçi xəsarət alıb. Yanvarın 10-dan 11-nə keçən gecə Azərbaycanda da Qurban bayramı qeyd olunur.



Qurban bayramında hər bir müsəlman qüsul almalı, bayram namazı qılmalı, qurbanlıq ətlə nahar və şam yeməyi yeməlidir. Həmçinin qurban kəsib imkansızlara paylamaq, kasıbları sevindirmək də bu bayrama xas xüsusiyyətlərdəndir. Hacı İlqar İbrahimli deyir ki, qurbanı daha çox imkanı olanların və həcc ziyarətinə gedə bilməyənlərin kəsməsi vacib sayılır.



Amma bütün bayramlarda olduğu kimi, Qurban bayramına hazırlıq ərəfəsində də paytaxtda ərzaqların qiymətlərində bahalaşma hiss olunur. Bu bahalaşma xüsusilə ət məhsullarında özünü biruzə verir. Baş çəkdiyimiz bir neçə mağazada iki gün əvvəl 18-19 min manata satılan bir kiloqram ətin qiyməti indi 20 min manata olub.



Bu arada prezident İlham Əliyev Qurban bayramı münasibəti ilə Azərbaycan və dünya müsəlmanlarını təbrik edib. Qurban bayramı dövlət səviyyəsində qeyd olunduğundan yanvarın 10-u rəsmi iş günü sayılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG