Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:02

«Netty-2006» Milli İnternet Müsabiqəsinə start verilib


Səs: Real audio
Dörd hərbçi xəsarət alıb. Yanvarın 9-da «Netty-2006» Milli İnternet Müsabiqəsinə start verilib. Müsabiqənin Təşkilat Komitəsinin üzvü Vyaçeslav Sapunovun sözlərinə görə, əsas məqsəd Azərbaycanda internet resusrslarını aşkar etmək və mükafatlandırmaqdır. On ən yaxşı milli internet səhifəsini müəyyənləşdirmək üçün mütəxəssislərdən təşkil olunmuş «Netty web» Akademiyası ilə yanaşı virtual jürilər də səs verir. Həm müsabiqədə iştirak etmək, həm də virtual jürinin üzvü olmaq istəyənlər yanvarın 9-dan fevralın 28-dək qeydiyyatdan keçməlidirlər. Cənab Sapunov deyir ki, hər virtual jüri üzvü yalnız bir səsə malikdir.



Virtual jüri tərəfindən yüksək səs toplamış milli internet səhifələri sonuncu mərhələdə mütəxəssislər tərəfindən qiymətləndirilir. On nominasiyadan hər biri üzrə seçilmiş üç iştirakçıdan biri mükafatlandırılır. Vyaçeslav Sapunovun sözlərinə görə, martın 1-dən 15-nə kimi virtual jürinin səsverməsi həyata keçiriləcək. Müsabiqənin qalibləri isə aprelin əvvəlində elan olunacaq.



Azərbaycanda «Netty» Milli İnternet Müsabiqəsi artıq ikinci dəfədir ki, keçirilir. İlk belə müsabiqə keçən il baş tutub.
XS
SM
MD
LG