Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:45
Rubrikalar

Hollandiya şirkəti «Azpetrol»un İbrahim Məmmədova verilməsini ədalətsiz hesab edir


Səs: Real audio
Dörd hərbçi xəsarət alıb. «Azpetrol»un sahibi olduğunu iddia edən Hollandiyanın «Azpetrol International Holdinqs B.V.» şirkəti onu bu hüquqdan məhrum edən Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrin Həllinə Dair Məhkəmənin qərarından apellyasiya şikayəti verib. Bundan sonra işə Apellyasiya İqtisad Məhkəməsi baxacaq. Hollandiya şirkəti hesab edir ki, məhkəmənin «Azpetrol»un «Azərtrans LTD» Məhdud Məsuliyyətli Cəmiyyətin keçmiş sahibi İbrahim Məmmədova verilməsi ilə bağlı qərarı ədalətsizdir, çünki bu barədə kifayət qədər dəlil yoxdur. Şirkətin icraçı direktoru Piter Bustorun son bəyanatında deyilir ki, məhkəmə onların əleyhinə qərar çıxarandan sonra qarşı tərəf apellyasiya şikayəti verənə kimi qərarın icrasına razılıq verilib.



«Azpetrol International Holdinqs B.V.» nin «Azpetrol»un təsisçisi hesab edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qeydiyyatının etibarsız hesab edilməsi ilə bağlı qərar ötən ilin dekabrında çıxarılıb. İndi «Azpetrol» şirkətinin sahibi İbrahim Məmmədov hesab edilir.



***



«Aztəminatlı olması təsdiq edilən ailələrə aprel ayında əvvəlki üç ayın - yanvar, fevral və mart aylarının pulu birdəfəlik veriləcək. Əhali narahat olmasın, ünvanlı sosial yardımın verilməsi texniki səbəblərə görə gecikdirilir və apreldən bu prosesə başlayacağıq». Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vəfa Mütəllibova «Azadlıq» radiosuna müsahibəsində belə deyib. Onun sözlərinə görə, ünvanlı sosial yardımın verilməsi barədə qanun yanvarın 1-dən qüvvəyə minsə də, hələ ki, hazırlıq işləri başa çatmayıb. Yardımın verilməsi ilə bağlı ərizələrin qəbuluna ölkənin hər yerində eyni vaxtda, apreldə başlanılacaq, yardım almaq üçün müraciət edənlərə 10 gün ərzində cavab veriləcək. Bu məqsədlə büdcədən 377 milyard manat vəsait nəzərdə tutulub. Bura Naxçıvanda yaşayan əhali də daxildir. Proqnozlara görə, bu il 250 min nəfər ünvanlı sosial yardım ala biləcək.



***



Milli Bankdan verilən məlumata görə, yanvarın 9-da 1 ABŞ dolları 4591 manata - 91 qəpiyə, 1 avro 5576 manata – 1 manat 11 qəpiyə, 1 rus rublu isə 160 manat və ya 3 qəpiyə olub.
XS
SM
MD
LG