Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

Hərbi hissədə yanğın olub


Səs: Real audio
Dörd hərbçi xəsarət alıb. Yanvarın 8-də təxminən axşam saat 8-də Goranboy rayonunun N saylı hərbi hissəsinin Mürovdağ ərazisində yerləşən məntəqəsində yanğın olub. Yangın nəticəsində dörd hərbçi xəsarət alıb. İlkin ehtimallara görə, hadisə əsgərlərdən biri generatora yanacaq tökərkən baş verib.



Xəsarət alan hərbçilər Gəncənin hərbi hospitalına çatdırılıb. Hospitaldan bildirirlər ki, onlardan yalnız birinin vəziyyəti qənaətbəxş deyil. Hərbçilərdən biri zabit, digəri kiçik çavuş, ikisi isə gizirdi.



Faktla bağlı Tərtər Rayon Prokurorluğu araşdırma aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG