Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33

Əfv fərmanı bir-iki həftə ərzində imzalana bilər


Səs: Real audio
Onlar Namiq Feyziyev və Turan Əliyevin xaric olunduqları universitetlərə bərpa olunmasını tələb edirlər Növbəti əfv fərmanı ölkə başçısı İlham Əliyev qısamüddətli məzuniyyətdən qayıtdıqdan sonra, təxminən bir-iki həftə ərzində imzalana bilər. Bu müddətdə isə prezident yanında Əfv Komissiyası müraciətləri müzakirə etməklə məşğuldur. Komissiyadan verilən məlumatda deyilir ki, yanvarın 9-u və 10-da qurum bir daha yığışaraq müraciətləri saf-çürük edəcək və prezidentə təqdimat verməyə hazırlaşacaq. Məlumatda o da deyilir ki, bu dəfə əfv olan bilinəcək siyasi məhbus hesab edilən şəxslər çox azdır, onların beş-altı nəfərdən çox olmayacağı bildirilir. Əksəriyyət isə fərarilik və məişət motivli cinayətlərdə ittiham olunan şəxslərdir.



Sonuncu əfv fərmanı ötən il iyunun 20-də imzalanıb. Həmin vaxt 100 nəfər əfv olunmuşdu. Hüquq müdafiəçiləri onlardan 30 nəfərin siyasi məhbus olduğunu bildirirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG