Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37
Rubrikalar

Yeni ilin ilk həftəsindən hüquq müdafiəçisi Murad Sadəddinov danışır


Səs: Real audio
Onlar Namiq Feyziyev və Turan Əliyevin xaric olunduqları universitetlərə bərpa olunmasını tələb edirlər 2006-cı ilin ilk həftəsidir. Bütün Azərbaycan vətəndaşları Yeni il bayramından sonra hələ də istirahət ovqatında qalmaqdadırlar. Ona görə də ictimai-siyasi hadisələr o qədər də maraqlı olmayıb.



Lakin bir hüquq müdafiəçisi kimi əlbəttə ki, ilk olaraq aclıq edən tələbələrə toxunmaq istərdim. Bu aclıq aksiyası çox ciddi xarakter alıb, artıq bir həftədən də çox uzanıb.



İkincisi, son zamanlar MTN-nin İstintaq Təcridxanası ətrafında çox ciddi məlumatlar yayılır. İstər keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, istərsə də keçmiş səhiyyə naziri Əli İnsanov, Akif Muradverdiyev və işlə bağlı həbs olunan sair insanların səhhətindəki problemlər ötən həftə ictimaiyyətin diqqət mərkəzində olub.



Və əlbəttə ki, Milli İstiqlal partiyasının [AMİP] daxilində gedən proseslər çox ciddi hadisədir.
XS
SM
MD
LG