Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:23

AXCP-nın qadın fəalları Təhsil Nazirliyi qarşısında piket keçirdilər


Səs: Real audio
Onlar Namiq Feyziyev və Turan Əliyevin xaric olunduqları universitetlərə bərpa olunmasını tələb edirlər Yanvarın 9-da AXCP-nın bir qrup qadın fəalı hazırda aclıq aksiyası keçirən iki müxalifətçi gəncin qovulduqları universitetlərə bərpa olunması tələbiylə Təhsil Nazirliyi qarşısında piket keçirdilər.



Piketçilərlə görüşən Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bayram Hüseynzadə tələbələrin ali məktəblərdən qovulmasının həmin təhsil müəssisələrinin səlahyyətinə aid olduğunu desə də, çıxış yolunu Namiq Feyziyevin akademik borcunu ödəmək üçün imtahan verməsində görür.



Cənab Hüseynzadə bildirir ki, əgər aclıq edən tələbələr ali məktəblərə bərpa olunsa, onda institutdan xaric olunan digər tələbələr də bu metoddan istifadə edə bilər.



«Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev Azərbaycan Pedaqoji Universitetindən, AXCP fəalı Turan Əliyevsə Bakı Dövlət Universitetindən qovulmalarına etiraz olaraq dekabrın 28-dən aclıq aksiyası keçirir. «Məqam» Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseynov və «Yeni Fikir» Gənclər Təşkilatının üzvü Elnur Məmmədov da aksiyada iştirak edir.



13 günlük aclıqdan sonra Namiq Feyziyev və Turan Əliyev universitetə qeyd-şərtsiz bərpa olunmaqda israr edir.



Yanvarın 9-da aclıq edən gənclərə təcili yardım baş çəkib və onları bir daha aksiyanı dayandırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG