Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:50
Rubrikalar

Azərbaycan mədəniyyəti Betty Blair-in gözü ilə


Səs: Real audio
Yanvarın 22-də qurumun fövqəladə qurultayı keçiriləcək Bu «İz»də:



- Azərbaycan mədəniyyətinə amerikalı mütəxəssisin gözüylə baxacaq;



- İstanbula bağlanıb Əhməd bəy Ağaoğlunun sonbeşiyi Gültəkin xanımın son günlərindən xəbər tutacaq;



- «Diskriminasiya» sözünün lüğəti mənasını yada salacaq;



- «Mentalitet dolması»na qonaq olacaq;



- və hər dəfə «Azerbaycan İnterneşnl» dərgisinin baş redaktoru Betti Bleyerin açıqlamalarını eşidəcəksiniz



AZƏRBAYCAN MƏDƏNİYYƏTİ ƏCNƏBİLƏRİN GÖZÜYLƏ



Azərbaycan mədəniyyətinə əcnəbilərin, daha dəqiqi, «Azerbaycan İnterneşnl» dərgisinin baş redaktoru Betti Bleyerin gözüylə baxırıq.



Aparıcı: - Belə hesab etmək olarmı ki, Azərbaycan və o cümlədən onun mədəniyyəti geniş tanınsaydı, bəlkə Qərbin Qarabağ konflikti barədə təsəvvürləri də başqa cür olardı?



Betti Bleyer - Bəlkə bu sualı 10 il öncə mənə versəydiniz, cavabım müsbət olardı. Amma indi ki, biz özümüz artıq 2-3 ildir İraqdakı müharibə ilə əlləşirik, mənim cavabım müsbət ola bilməz. Mənə elə gəlir ki, güclü, böyük ölkələr istəsələr, problemlərin nədən ibarət olduğunu tapa bilərlər. Məncə, Azərbaycan haqda daha çox məlumat əldə etmək problemin həlli demək deyil. Mənə elə gəlir ki, rəhbərlər istəsələr, böyük ölkələr problemin nədən ibarət olduğunu tapa bilərlər. Məncə, onların başqa oyunları və başqa maraqları var. Daha mühüm olan azərbaycanlılarla digər ölkələr arasında dostluq münasibətlərinin qurulmasıdır. Yəni burada söhbət təkcə diplomatik və ya biznes əlaqələrindən getmir. Sadəcə, xaricdə kimsə desə ki, «mənim Azərbaycanda bir dostum var və bütün azərbaycanlılar heç də siz dediyiniz kimi deyillər. Azərbaycanda yaxşı insanlar da var» – bizim istədiyimiz budur. Və məncə, mühüm olan budur.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG